Bu məhsulları soyuducuda saxlamayın

Bu məhsulları soyuducuda saxlamayın
Faydalı məsləhətlər
10.09.2017 16
Adətən biz məhsulların bir çox hissəsini soyuducuda saxlayırıq.

Bu halda biz onların təzə qalmasına əmin oluruq. Lakin bəzi məhsullar
var ki, soyuq onların təzə qalmasına nəinki kömək etmir, əksinə onlarda
olan bir çox faydalı məddələrin parçalanmasına, yox olmasına səbəb olur.



Bu məhsulların arasında:



- Tərəvəzlərin əksəriyyəti soyuq xoşlamır. Bolqar bibəri, xiyar,
pomidor, kələm, gül kələmi, kök, sukini, sarımsaq, badımcan, kartof və
s. Bu tərəvəzlər qəti şəkildə soyuq sevmir və soyuducuda saxlandıqda tez
bir zamanda öz faydalı xüsusiyyətlərini itirirlər. Ümumillikdə
mütəxəssislər tərəvəzləri qaranlıq quru ev temperaturası olan yerdə
saxlamağı tövsiyə edirlər.



- Alma, armud soyuducuda daha tez xarab olur.



- Ədviyyatları da soyuducuda saxlamaq olmaz. Ədviyyatları quru qaranlıq yerdə şüşə qablarda saxlamaq lazımdır.



- Göyərtilər da soyuq sevməyən məhsullardan biridir.



- Tropik meyvələr (banan, ananas, kivi, manqo, papaya və s.) və həmçinin
limon, portağal, naringi soyuqda nəinki təzə qalmır, əksinə daha tez
xarab olur. da



- Bal ev temperaturunda istənilən müddət ərzində saxlanıla bilər. Soyuducida isə bal öz faydalı xüsusiyyətləri itirir.



- Soyuducuya qoyulan şokoladın üzərində ağ ərp əmələ gəlir. Belə şokolad
yemək olar, lakin onun dadı və xarici görünüşü korlanır.



- Soyuq və nəm şəraitdə çörəkdə orqanizm üçün çox ziyanlı olan kif göbələkləri inkişaf etməyə başlayır.



- Zeytun yağı soyuducuda saxlandıqda öz faydalı xüsusiyyətlərini itirir.



- Ketçup və digər acı sousları soyuducuda saxlamaq olmaz.



Əgər biz məhsullardan maksimum dərəcədə fayda almaq istəyiriksə, onların düzgün saxlanmasına diqqət yetirmək lazımdır.fскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!