Qida zəhərlənməsindən qorunmağın yolları

Qida zəhərlənməsindən qorunmağın yolları
Faydalı məsləhətlər
10.09.2017 70
Qida zəhərlənmələrinin ən geniş yayılmış səbəbi məhsulun kifayət qədər
keyfiyyətli olmaması, diqqətsizlik və məsuliyyətsizlikdir. Digər
zəhərlənmə səbəbləri isə hazırlanma və istehlak arasında bir və ya daha
çox gün olması, kifayət qədər bişirməmə, istilik, avadanlıq və
materialların təmiz olmamasıdır.



Qida zəhərlənməsinin qarşısını almaq üçün qidaları satın alarkən,
saxlayarkən, ya da istehlak edərkən bəzi məqamlara diqqət yetirmək
lazımdır.



1. Təzə balığın gözləri parlaq və ləkəsiz, pulları bərk, qəlsəmə yerləri
qırmızı olmalıdır, üstündən basanda barmağın izi dərhal düşəlməlidir,
üzgəcləri diri, əzələləri sərt və elastik olmamalıdır.



2. Toyuğu parça əvəzinə bütün alın. Bütün toyuq alarkən isə onun döş
hissəsinə basdıqda qırılması təzə olmasını və təravətini göstərir.
Həmçinin, çalışın broler çolpaları olmasın. Kənd çolpası adı altında
sarı rəngli suya salınmış çolpalara da diqqət edin.



3. Hazır çəkilmiş qiymələrdən çəkinin: Çünki onların xoşagəlimli
görünməsi üçün çəhrayi rəng, uzun müddət xarab olmadan qalması üçün iisə
dərman qatılır. Xəstə, ölmüş heyvanların əti yeyilərsə xəstəliklərin
insana yoluxma ehtimalı çoxdu. Həddindən böyük malların yediyi yeməklər
bəlli olmadığı üçün onların farşlarını da istifadə etmək risklidir.
Ətlərin baytarlıq nəzarətindən keçməsi vacibdir. Qiymə alarkən hazır
çəkilmiş yerinə öz seçdiyiniz az yağlı ətdən qiymə çəkdirməyə diqqət
göstərin.



4 İnək əti parlaq qırmızı, qoyun əti isə çəhrayı rəngdə olmalıdır. Ətin
təravətini rəngi göstərir. Ətə barmaq ilə basdıqda iz dərhal
düzəlməlidir. Ətin rəngi tündləşibsə, suyu qurumuş və sıxılıbsa,
ağırlaşmış qoxu gəlirsə o yararsızdır.



5 Yumurta istifadə etmədən öncə dərhal yuyulmalıdır. Yumurta soyuducuda
yumadan saxlanılır. Bundan başqa, yumurtaya toxunduqdan sonra əllərinizi
mütləq yuyun. Bununla toyuğun əlinizə hulaşan ifrazatından və nəticəsi
ölümlə bitə bilən zəhərlənmələrdən qorunarsınız.



6. Buz dolabından çıxmış əti soduyucunun üst gözünə qoyun ki, donu
açılsın və bir neçə dəfə donu açılmış əti yenidən buz dolabında
dondurmaq olmaz. Açılmış əti qətiyyən 1 neçə gün otaq temperaturunda
saxlamayın. Kolbasa, sosiskaları daim soyuducuda saxlayın, otaq
temperaturunda saxlasanız bir neçə gün sonra kiflənəcək.



7. Dondurulmuş tərəvəzləri donu açılmadan bişirin.



8. Sterilizə edilmiş südləri 2-3 gün ərzində istifadə edin.



10. Soyuducunun qapağını uzun müddət açıq qoymayın. Xüsusilə yay
mövsümündə soyuducuda soyuq havanın rahat dolaşması üçün çox
doldurmayın.



11. Soyuducuda hər nə qoyulsa mütləq ağzı örtülü halda qoyulmalıdır. Çünki qoxular qidalara keçə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!