Fitoterapevtlərin yuxusuz insanlara məsləhətləri

Fitoterapevtlərin yuxusuz insanlara məsləhətləri
Faydalı məsləhətlər
10.09.2017 15
Yuxusuzluq - yuxunun qeyri-üzvi mənşəli pozğunluğu olub, bir çox
xəstəliklərdən əziyyət çəkən pasiyentlərin tez-tez üzləşdiyi
şikayətləridir. Yaş artdıqca bu şikayətlərin dərəcəsi də artır və daha
çox ailə vəziyyətində problemlər olan qadınlar arasında müşahidə olunur.
Bəzi hallarda isə yuxu pozğunluğu bir sıra psixi və ya somatik
xəstəliklərin simptomlarından biri olur. Tam yuxusuzluq olmur, yuxunun
müxtəlif şəkildə pozulması olur. Ona görə də yuxu pozğunluğunun
müalicəsində dərman preparatları kifayət etmir, psixoterapevtik kömək də
lazım gəlir. Yuxu pozğunluğu zamanı yuxunun tam olmaması baş vermir,
yalnız keyfiyyətsiz yuxu olur. Yaxın keçmişlə müqayisədə indi bu problem
daha kəskindir. Belə ki, yuxu pozğunluğuna gətirib çıxaran daha çox
faktorlar var – (gecə işləmək, səs-küy, gün ərzində elektron oyunlarına
aludə olmaq, konflikt vəziyyətlər, orqanizmdə B qrup vitaminlərin,
misin, dəmirin çatışmazlığı və s.)



Neçə saat yatmaq lazımdır?

Orta hesabla insana 7-8 saat yuxu bəs edir. Lakin hər kəsin yuxuya
tələbatı fərdidir. Doğrudur, tələb olunandan daha çox yatdıqda da yuxu
pozğunluğu baş verir. Sağlam insanın orqanizmi özü yuxunun ona nə qədər
kifayət etdiyini müəyyən edir. Eləcə də yuxusuzluğun müxtəlif
səbəblərdən baş verdiyini də nəzərə almaq lazımdır.



Keçici yuxusuzluq bir neçə gecə davam edir. Çox zaman qorxu, tələbələrdə
isə imtahan qabağı həyəcan, saat qurşağının dəyişməsi, vərdiş edilməyən
şəraitdə yatdıqda baş verir. Yuxusuzluğun bu səbəblərdən pozulması
müalicə tələb etmir.



Qısa müddətli yuxusuzluq bir neçə həftə davam edir və adətən insanlarda
xoşagəlməyən hadisələrlə bağlı olur (yaxın insanın itkisi, boşanma, iş
yerinin itirilməsi və s.). Əgər vaxtında psixoloji kömək göstərilməzsə,
bu, xroniki formaya keçə bilər. Adətən 3 aydan artıq davam edir. Əgər
bütün problemlər həll olunarsa, lakin yuxusuzluq aradan qalxmazsa, bu
zaman artıq psixoloji yuxusuzluq hesab olnar.



Mütəxəssislər hesab edirlər ki, həmçinin apnoe, xorultu, ətrafların qıc
olması, somnabulizm (lunatizm), «qorxulu yuxular» da yuxusuzluğa gətirib
çıxara bilər.



Apnoe tənəffüsün yuxuda qısamüddətli dayanmasıdır. Adətən qırtlaq
əzələləri boşalır, nəticədə hava ağciyərlərə dolmur. Bu zaman insan
qəflətən oyanır. Uşaqlarda apnoe damaq badamcıqlarının iltihabı ilə
əlaqədar da baş verə bilər.



Yuxusuzluğun səbəblərindən biri də xorultu sayıla bilər. Bundan daha çox
kişilər əziyyət çəkirlər. İnsan kürəyi üstə uzandıqda daha çox xorultu
yaranır. Lakin elə insanlar var ki, onlar istənilən vəziyyətdə yatarkən
xorultu onları müşayiət edir.



Yuxusuzluğa şərait yaradan ətraf əzələlərinin qıcolması adətən həddindən
artıq yorulmanın əlamətləri ola bilər. Hər iki cinsdə müşahidə olunur.



Ayaqlarda narahatlıq sindromu adətən baldır əzələlərində ağrılarda
müşayiət olunur. Bu əlamətlərlə hərəkətsiz uzanmaq çətindir. Əsasən
orqanizmdə şəkərli diabet, dəmir defisitli anemiyanınvə maddələr
mübadiləsinin pozulmasının səbəbləri kimi baş qaldıra bilər. Ətraflarda
qıcolmanı aradan qaldırmaq üçün kofe qəbulunu azaltmaq və ya ondan
tamamilə imtina etmək gərəkdir.



Qorxulu yuxular adətən uşaqlarda hər hansı bir qorxulu hadisənin
təzahürü kimi yarana bilər. Bu halda uşağa psixoloji köməkdən başqa
xüsusi müalicə tələb olunmur.



Somnabulizm (lunatizm) uşaqlarda daha çox müşahidə olnur. Səhər yuxudan
ayılanda onlar gecə baş verənləri xatırlamırlar. Çox zaman bu hal
epilepsiya xəstəliyinin ilk əlamətləri kimi də təzahür edə bilər. Odur
ki, həkimə müraciət etmək vacibdir.



Bir çox insanlar yuxusuzluğa qarşı müxtəlif preparatlar qəbul etməyə
üstünlük verirlər. Lakin bu da əksər hallarda dərman asılılığına gətirib
çıxarır. Bundan əlavə, qəbul edilən sintetik preparatlar yuxunun normal
mexanizmlərini pozur və digər əlavə təsirlər göstərir.







Fitoterapevtlər yuxusuzluq zamanı aşağıdakıları məsləhət görürlər

Yatmazdan əvvəl isti şirin su və ya süd içmək (çay yox!), yaxud pişikotu
kökündən hazırlanmış dəmləmə (1 stəkan suya 1 stəkan pişikotu kökü
əlavə edib 20 dəqiqə saxlamaq və içmək) məsləhət görülür.



Qorxulu yuxulardan yaxa qurtarmaq üçün 1 stəkan razyana və ya maya otu dəmləməsi qəbul etmək məsləhət görülür.



Yatmazdan əvvəl gicgah nahiyələrinə lavanda yağı sürtmək və ya 1 parça
qənd üzərinə 3-5 damcı yağ əlavə etmək, yuxudan əvvəl sormaq məsləhət
görülür.



Yuxusuz gecələrdən yaxa qurtarmaq istəyirsinizsə, aşağıdakı qaydalara riayət edin:



Heç zaman yatağa erkən uzanmayın.



Hər gün eyni vaxtda yatağa uzanmayın.



Hər gün eyni vaxtda yataqdan qalxın.



Çalışın ki, yataqda uzanarkən heç nə etməyəsiniz.



Əgər yuxuya gedə bilmirsinizsə, yataqda uzanmayın.



Yataq otağından saatı götürün.



Gündüz yuxusundan imtina edin.



Əgər yatmaq fikriniz yoxdursa, yuxuya gedə bilmirsinizsə, yatağa uzanmayın.



Sizdə ,necə yuxu problemi olurmu?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!