Telefonun ekranındakı cızıqları necə yox etməli?

Telefonun ekranındakı cızıqları necə yox etməli?
Faydalı məsləhətlər
10.09.2017 37
Yenicə əldə etdiyiniz "ağıllı telefonunuzun” ekranı öz görünüşü ilə göz oxşayır, lakin vaxt keçdikcə çoxları üçün qaçılmaz problem yaranır. Ekranda cızıqlar. Hər dəfə telefondan istifadə edəndə bu cızıqlar sizi sözün əsl mənasında qıcıqlandırır və siz yeni qurğu almaq fikrinə düşürsünüz.

Tələsməyin, buna da çarə var!

Telefonun ekranında yaranmış cızıqlardan qurtulmağın üsullarını sizlərə təqdim edirik:



1. Diş pastası.

Gel əsaslı olmayan diş pastasını yumşaq parça vasitəsilə ekrana sürtərək cızıqları yox edə bilərsiniz.



2. Avtomobillər üçün nəzərdə tutulmuş cızıq əleyhinə vasitə.

Maddəni eyni qaydada yumşaq parça vasitəsilə telefonun ekranına şaquli hərəkətlərlə sürtün və sonda quru parça ilə maye qalıqlarını təmizləyin.



3. Zımpara kağızı ( el arasında "najdak”).

Nə qədər qəribə səslənsə də, bu kağız vasitəsilə ekranınızı cızıqlardan xilas edə bilərsiniz. Bu üsul müəyyən ehtiyatlılıq tələb edir.



4. Qida sodası.

Tərkibinin 1/3-ü su, 2/3-ü isə qida sodasından ibarət maddəni ekranın cızıq olan hissələri sürtün. Bu üsul daha geniş yayılıb.



5. Uşaqlar üçün kalsium tozu.

Bu vasitədən də eynilə soda ilə davrandığımız kimi istifadə etməliyik.



6. Bitki yağı.

Yağ daha çox xırda və ilkin cızıqlar üçün uyğundur.

Ümid edirik ki, yuxarıdakı üsullardan biri, sizin sevimli telefonunuzu arzuolunmaz cızıqlardan xilas edəcəkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!