Sabun alarkən nələrə diqqət etmək lazımdı?

Sabun alarkən nələrə diqqət etmək lazımdı?
Faydalı məsləhətlər
10.09.2017 8
Məsələn bərk əl sabunu əllərin mütəmadi gigiyenası üçün istifadə edilir. Gündəlik istifadə edilən əl sabununun tərkibində antiseptik və dəriyə sakitləşdirici təsir göstərən müalicəvi otların ekstraktlarının olması tövsiyyə edilir. Eyni zamanda duru, uşaq, kosmetik, təbii, antibakterial sabun növlərindən də geniş istifadə edilir. Məqsədinizdən asılı olaraq müvafiq əlavələr qatılmış sabunlardan istifadə edilməlidir. Belə ki, istehsalında bal və arıçılıq məhsulları əlavə olunan sabunlar dərini qidalandırır, yumşaldır və canlandırır, çobanyastığı ekstraktı qatılan sabunlar dərinin üzərindəki qoruyucu təbəqəni gücləndirir və s.

Nəzərə almaq lazımdır ki, fitokomponentlər (bitki mənşəli komponentlər) güclü allergen ola bilərlər. Bu səbəbdən sabun seçiminə fərdi yanaşılmalıdır.

Keyfiyyətli sabunu həm də qoxusuna görə təyin etmək olar. İstənilən sabunun əsas komponentləri xoşagəlməz qoxuya malikdir. Onun üçün də kosmetik sabun istehsalçıları ona müxtəlif ətirvericilər əlavə edirlər. Sabunun tərkibində xüsusi kimyəvi maddələr vardır ki, bu da ona əmtəə görünüşünü və özünəməxsus keyfiyyətini daha uzun müddət saxlamağa imkan verir.



Mağazaların vitrinlərində çox sayda müxtəlif formalı sabunlar arasında seçim etmək üçün birinci növbədə onların etiketindəki məlumatlarla tanış olmağa çalışın. Eyni zamanda almaq istədiyiniz sabun haqqında satıcıdan da məlumat almaq hüququnuz vardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!