Bu yolla həm bağırsağınız təmizlənəcək, həm arıqlayacaqsınız

Bu yolla həm bağırsağınız təmizlənəcək, həm arıqlayacaqsınız
Faydalı məsləhətlər
10.09.2017 174
Məlumdur ki, bir çox xəstəliklərdən xilas olmaq üçün bağırsaqları təmizləmək kifayətdir.



70 il ömür müddətində bağırsaqlardan 100 ton qida və 40 min litr maye keçir. Nəticədə bağırsaqda qanı zəhərləyən və orqanizmə zərər verən 15 kq. nəcis daşları, zəhərli tullantılar toplanır.



Tez-tez baş verən qəbizlik halları, maddələr mübadiləsinin pozulması, görmə və eşitmə zəifliyi, şəkərli diabet, qaraciyər, allergiya, böyrəklərin, qaraciyərin xəstəliyi, saç dərisinin, dırnaqların kövrəkliyi, bir sözlə, artritdən tutmuş xərçəngə qədər bir çox xəstəliklər bağırsaqların çirklənməsinin göstəricisidir.



İmalə vasitəsilə yoğun bağırsağın yalnız kiçik bir hissəsini (40-50 sm) təmizlənmək mümkündür. Bağırsağın aparatlar vasitəsilə yuyulması isə bahalıdır və xeyli vaxt tələb edir. Ən əsası isə bu, bağırsağın mikroflorasını pozur.

Bu reseptlə 3 həftə ərzində bağırsağınızı təmizləyə bilərsiniz.



Kətan toxumunun unundan hazırlanan bu qarışıq yoğun və nazik bağırsağı parazitlərdən, çoxillik selik və nəcis daşlarından 3 həftə ərzində təmizləyəcək. Eyni zamanda, bağırsağın mikroflorası tam qorunur.



Diqqət! Bu metodika çəkinin qısa müddətdə normaya düşməsinə, yağlı çöküntülərin orqanizmdən xaric olmasına kömək edir.



Kətan toxumunun unu qanda xolesterinin səviyyəsini aşağı salır, şlakları orqanizmdən çıxarmağa qadirdir. Bu qarışıq parazitlər əleyhinə təsirə malikdir. Belə ki, göbələk, virus və helmintlərə öldürücü təsir göstərir. Həmçinin lipid mübadiləsinə müsbət təsir göstərir.



Tətbiqinə göstərişlər:

Yuxarı tənəffüs yollarının selikli qişaların iltihabi prosesləri;

Mədə-bağırsaq xəstəliklər;

Onikibarmaq bağırsağın yara xəstəliyi;

Qastritlər, kolitlər;

Sidik yollarının xəstəlikləri - pielit, sistit;

Köklük, lipid mübadiləsinin pozulması.

Gündəlik olaraq profilaktika məqsədi ilə də istifadə etmək olar.



İstifadə qaydası

Bağırsağın təmizlənməsi prosedurası:



1-ci həftə:

1 desert qaşığı kətan toxumu unu + 100 qram xama və ya kefir



2-ci həftə:

2 desert qaşığı kətan toxumu unu + 100 qram xama və ya kefir



3-cü həftə:

3 desert qaşığı kətan toxumu unu + 150 q xama və ya kefir



Məlumdur ki, bizim ölkəmizdə kətan toxumunun ununu, yağını tapmaq bir az çətindir. Bu qidanı marketlərin əksəriyyətində tapmaq müşkül ola bilər.



Ona görə də kətan toxumunu alıb qəhvəüyüdəndə onu una çevirə bilərsiniz.



Bu qarışığı səhər yeməyi əvəzinə qəbul edin. Yoğun və nazik bağırsaqlarınız təmizlənəcək, bağırsağın mikroflorası tam qorunur. Xamanı istənilən süd məhsulu qatıqla da əvəzləmək olar. Bağırsaqların təmizlənməsi müddətində gün ərzində 2 litr su içmək mütləqdir.



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!