Yatarkən bunları geyinməyin!

Yatarkən bunları geyinməyin!
Faydalı məsləhətlər
10.09.2017 18
Yatarkən bütün orqanlarımız kimi, dərimiz də dincəlməli və rahat nəfəs almalıdır. Bunun üçün gecə yatarkən sağlamlıq baxımından faydalı olan hansı geyimləri geyinməli olduğumuzu bilməliyik.

 

Dar və sintetik alt paltarları genetik bölgədə çox tərləmə, qıcıqlanmaya bağlı iltihab, həzmlə bağlı köp, eqzema və tünd ləkələrə səbəb ola bilər.



Gecə geyimləri və alt paltarları tərlətməyən parçadan olmalıdır. Alt paltarı bədənimizdən çıxan təri əmər və bununla tər toplanmasının qarşısını alır. Tər dərini həssaslaşdırıb və eqzemanın alovlanmasına səbəb olur.



Dar alt paltarlarına diqqət edin!



Sintetik parçadan geyimlər təri yaxşı çəkmədiyindən göbələk və bakteriya infeksiyalarına səbəb olur. Dar alt paltarı geyinən qadınlarda vaginada, sidik yolunda qaşıntı, yanma hissi, tez-tez sidiyə getmək,  pis qoxulu axıntılar görülür. Uzun müddət geyinilən alt paltarları da qadınlara mənfi təsir edir.



Alt paltarlarının və yataq örtüklərinin pambıqdan və ütülənmiş olması lazımdır.



Dar alt paltarları yatarkən hərəkəti əngəlləyir, damar laxtalanması, varikoz, limfa dövranının pozulması və iltihaba səbəb olur.



Alt paltarı alarkən xüsusən rəngli geyimlərdə boya və xam maddə baxımından diqqət edin.



Allergik körpələrə yatarkən tərlətməyən, pambıqdan gen alt geyimləri geyindirin.



Alt geyimlərində yuyucu toz qalıqlarının olmamasına diqqət edin. Yaxşı yuyub durulayın. Yataq örtüklərini yuyarkən yumşaldıcı qətiyyən vurmayın. Yumşaldıcı allergiya, qızartı və şiddətli qaşıntı yaradır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!