Göz və barmaq gimnastikası

Göz və barmaq gimnastikası
Faydalı məsləhətlər
10.09.2017 25
Barmaqlar üçün gimnastika:



1.Əlləri stolun üstünə qoymaq,bir saydıqda barmaqları yumruq şəklində sıxmaq,iki saydıqda barmaqları açmaq.



2.Oturaqlı halda əl barmaqlarını qarmaq şəklində bir-birinə keçirmək,bir saydıqda sağa, iki saydıqda sola dönmək.



3.Əlləri oturaqlı halda aşağı salıb pəncələri  yüngülcə silkələməklə dincəltmək.



4.Ovucu stolun kənarına dayayıb,bir saydıqda barmaqları stola sıxmaq,iki saydıqda yuxarı qaldırmaq lazımdır.





Göz üçün gimnastika:



1.Sakit əyləşin,gözləri qapayın,5-ə qədər yavaş-yavaş saymaqla gözləri açın.Hərəkəti 4-5 dəfə təkrarlayın.



2.Gözləri bərk yumub 3-ə qədər sayın və açıb 5 sayana qədər uzaq bir nöqtəyə baxın .



3.Sağ əli qabağa uzadıb,başı tərpətmədən əlin hərəkəti zamanı şəhadət barmağını izləyin.



4.Orta surətlə 3-4 dairəvi hərəkətlə gözü sağa,sonra isə sola hərəkət etdirin.Göz əzələlərini  boşaldın və 1-6 saymaqla uzağa baxın.



5.Stol arxasında sərbəst oturmaqla göz bəbəyini yavaş-yavaş əvvəlcə soldan sağa,sonra isə sağdan sola hərəkət etdirin.



6.Baxışları yavaş-yavaş yuxarıdan aşağı və sonra əksinə dəyişdirin.



7.Qarşınızda fırlanan velosiped təkəri təsəvvür edin.Onun üzərində hər hansı nöqtəni qeyd edin və bu nöqtənin hərəkətini əvvəlcə sağdan sola,sonra isə əksinə izləyin. Bu hərəkətləri 4-5 dəfə təkrarlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!