Marketlərdəki gizli təhlükələr!

Marketlərdəki gizli təhlükələr!
Faydalı məsləhətlər
10.09.2017 10
Məşhur ürək cərrahı Dr.Mehmet Öz marketlərdə sizi gözləyən gizli təhlükələr haqqında bəzi tövsiyələr vermişdir.

Qadınar.Biz təqdim edir.



1.Market səbətləri və ya arabaları.

Marketə ilk addım atdığımız andan etibarən təhlükə başlayır. Belə ki, marketə girdiyimiz ilk an əlimizi atırıq market səbətlərinə və ya market arabalarına. Sizdən əvvəl o səbət və ya arabaların tutacaqlarından neçə-neçə əllər tutmuş, bilirsinizmi? Bir çox infeksiyon xəstəliklərin məhz bu tutacaqlardakı keçici mikroblardan yarandığını bilirsinizmi? Bəs nə etməli? Marketdəki tutacaqları nəm salfetlə silib tuta bilərsiniz. Bu yadınızdan çıxırsa və ya tənbəllik edirsinizsə, evə döndüyünüzdə aldıqlarınızı ev əhlinə nümayiş etməzdən və mədənizə ötürməzdən əvvəl əllərinizi  yaxşıca yuyun.



2. Marketlərdə açıq satılan çörəklər.

Marketdə çörək almaq istədiyimizdə ilk işimiz rəfdəki 100 çörəkdən ən azı yarısını əlləyib ən qızarmış və böyüyüsünü axtarıb tapmaq cəhdlərimiz olur. Unutmayın, sizə qədər o çörəklərə çox insan əllərini vurmuşdur. Belə ki, çörək zavodunda bişən çörəklər yalın əllərlə yeşiklərə yığılır, yalın əllərlə marketlərdəki rəflərə yığılır və s. Bəs nə etməli? Bağlı paketlərdə çörək almağa çalışın. Aldığınız çörəyi 24 saat müddətində tükətin.



3. Marketlərdə ət məhsulları.

Ət məhsullarının uzunömürlülüyünü artırmaq üçün paketlərin içinə karbon-monoksid vurulur. Bu zaman ət rəfdə nə qədər durur-dursun təzə görüntüsünü itirmir. Bəs nə etməli? İlk öncə məhsulun üzərindəki istifadə tarixinə baxın. Alıb evə gətirdiyinizdə anında soyuducuya qoyun və 2-3 gün ərzində istifadə etməyə çalışın.



4. Marketlərdə meyvə-tərəvəz.

Mikrobların orqanizmə daxil olmasında meyvə-tərəvəzin rolu az deyil. Meyvə-tərəvəz toplanır, təmizlənir, yeşiyə yığılır, maşınlara yüklənir, marketlərə verilir, marketlərdə yeşikdən rəflərə yığılır. Tarladan süfrəmizə gələnədək uzun yolculuq əsnasında bu qida məhsullarına çoxlu əllər dəyir.Və həmçinin onlara heyvan atıqlarının da qarışa biləcəyini unutmayın. Bəs nə etməli? Meyvə-tərəvəz tez xarab olduğu üçün marketin daxili temperaturuna və məhsulların saxlanma şəraitinə diqqət edin. Meyvə-tərəvəzi istifadə etməzdən əvvəl yaxşıca yuyun. Qabığını soyacağınız qidaları da yuyun, çünki çirkli halda qabığını soyduğunuzda mikroblar içəri keçə bilir.( məsələn, soğan, kartof kimi qidalarda)



5. Marketlərdə un və un məhsulları.

Marketlərdə şampunlar, sabunlar, yuyucu tozları, təmizləyici vasitələr və s. kimi ətrafa qoxu yayan məhsulların cərgəsi ilə un və un məhsulları olan cərgələr yanaşı olur çox zaman. Un, makaron, vermeşil, şəkər tozu kimi məhsullar marketdəki qoxunu tez özünə hopdurur. Marketdə çəki ilə satılan bu məhsullar kisədə ağzı açıq şəkildə saxlandığı üçün təhlükə saçır. Bəs nə etməli? Ağzı bağlı paketlərdə satılan un və un məhsulları alın. Paketlərin üzərindəki istifadə tarixlərinə baxmağı da unutmayın.



6. Marketdə alış-veriş ardıcıllığı.

Marketdə alış-veriş etdiyiniz zaman toyuq, balıq kimi ətləri almağı sona saxlamağınız məsləhətlidi. Çünki bu məhsulların buzu açıldığı zaman suyu başqa məhsulların üzərinə axa bilər. Yuyucu vasitələrlə qida məhsullarını eyni paketə yığmayın. Qida məhsullarını rəngli paketlərdə saxlamayın istər soyuducuda olsun,  istərsə də şkafda. Çünki paketlərdəki rəng qatqıları asanlıqla məhsulların tərkibinə keçib zəhərlənmə verə bilir.



Unutmayın ki, bu həyatda sağlığınızdan önəmli heç nə yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!