Nəm salfetlər dərinizə ziyan vurur

Nəm salfetlər dərinizə ziyan vurur
Faydalı məsləhətlər
10.09.2017 37
Sən demə, hər kəsin sevə-sevə istifadə etdiyi nəm salfetlərin də zərərli tərəfləri var imiş.



Bir çoxları hesab edir ki, bu salfetləri sağlamlıq üçün faydalıdır və gigiyenik cəhətdən dərinin  təmizlənməsinə yardım edir. Lakin tədqiqatçılar tez-tez istifadə etdiyimiz vasitənin daşıdığı  təhlükəni aşkar ediblər. Raut.ru yazır ki, müvafiq iddia bütün nəm salfetlərə aiddir.



Dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırıb, təkidlə bildiriblər ki, salfetlər dərinin  allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar  dünyanın müxtəlig bucaqlarında tez-tez baş verir.



Mətbuatda çıxan məlumatlar həkimləri sadəcə şoka salıb. Məlum olub ki, nəmsalfetlərdən istifadə  edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər həm də körpələri də əhatə  edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, "Sydney Morning Herald" onu  ictimaiyyətə təqdim edib.



Alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır.Ehtimal olunur ki,  salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!