Qatığı yalnız mətbəxdə yox...

Qatığı yalnız mətbəxdə yox...
Faydalı məsləhətlər
10.09.2017 11
Qatıq çox faydalı bir qidadır. B12, B6 vitaminləri və kalsiumla zəngin olan qatıq şəfaverici bir qida olaraq istifadə edilir.5 fərqli istifadə qaydasını təqdim edirik.



Qatıqla saçlarınızı daha parlaq və sağlam hala gətirə biləcəyinizi bilirsizmi? Boşqaba bir az qatıq və bir neçə qaşıq bal əlavə edin. Bu qarışımı saçlarınıza sürtüb 30-40 dəqiqə sonra yuyun.



Diş ağartmaq deyərkən ağıla ilk soda gəlir. Ancaq müəyyən fasilələrlə dişlərinizi qatıqla fırçalasanız, dişlərinizin ağardığını görəcəksiz.



Ağız qoxusundan əziyyət çəkənlər də çoxlu qatıq yesin.



Sızanaq və qara nöqtələriniz sizi sıxırmı? Bir kasanın içinə bir az xiyar rəndələyin, bir neçə qaşıq qatıq əlavə edib qarışdırın. İstəsəniz, xiyar yerinə yarım çay qaşığı çobanyastığı yağı da əlavə edə bilərsiz. Bu qarışımı üzünüzə sürtüb 20 dəqiqə saxladıqdan sonra yuyun.



Analar, diqqət! Uşağınız boyalarını yeyirsə, qatıqdan təbii boya hazırlaya bilərsiz. Qatıq və blenderdən keçirilmiş meyvə ilə rəngli boya hazırlamaq olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!