Qazlı içkilər spirt qədər təhlükəlidir

Qazlı içkilər spirt qədər təhlükəlidir
Faydalı məsləhətlər
10.09.2017 15
İsveçdə edilən bir araşdırmaya görə, qazlı və şəkərli içkilər qaraciyərə spirt qədər zərər verir



Linköping Universiteti Xəstəxanası Qaraciyər Xəstəlikləri Eksperti Stergios Kechagias, içkilərdə olan früktozun qaraciyər yağlanılmasına səbəb olduğunu və bunun da siroz və xərçəngə gətirib çıxardığını açıqladı.



Kechagias, qazlı və şəkərli içkilərin yanında meyvə şəkərləri ilə dadlandırılmış meyvə suları və enerji içkilərinin də siroz xəstəliyi riskini yüzdə 10 nisbətində artırdığını açıqladı. İçkilərdə şəkər yerinə istifadə edilən misir siropu, früktoz və kimyəvi dadlandırıcıların qaraciyərə spirtin verdiyi qədər zərər verdiyi ifadə olundu.



Qazlı içkilərin obezite, diyabet, diş çürüməsi, sümük problemləri, bəslənmə pozuqluqları, ürək xəstəliyi, qida asılılığı və nörolojik problemlər kimi narahatlıqlara da gətirib çıxardığı ifadə edildi.



Bədəndəki yüksək turşu nisbətinin ən çox diş və sümüklərə zərər verdiyini ifadə edən İsveçli ekspertlər, diş problemlərinin dövran və həzm sistemlərindəki bir çox problemin qaynağı olduğunu yazdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!