Axşam 6-dan sonra yemək istəyinizi yox edə bilmirsiniz?

Axşam 6-dan sonra yemək istəyinizi yox edə bilmirsiniz?
Faydalı məsləhətlər
10.09.2017 11
Zərərsiz Gecə Qəlyanaltıları!

Demək olar ki, bütün pəhrizlərin bir ortaq nöqtəsi var: Axşam 18:00, 19:00- a  yaxın yediyiniz yeməkdən sonra heçnə yeməmək.Amma bu bəzən çətin olur. Siz də televiziya, kompyuter qarşısında bir şeylərlə məşğul olarkən qəlyanaltı ehtiyacınızın qarşısını ala bilmirsinizsə,verdiyimiz siyahıya nəzər salın.

 

Yerkökü!

Tərəvəz aşiqlərinin ən çox sevdiyi yerkökü,olduqca bəsləyici və orqanizminizin şəkər ehtiyacını ödəyən və az kalorilidir.

 

Dil pendiri!

Bu pendirlərin paketləri ümumiyyətlə, cəmi 80 kaloriyə yaxın olur. Üstəlik, ləzzətli olduğu qədər rahat yatmanızada kömək olur.Əlbəttə ki, bir paketi bir dəfəyə oturub,yeyin demirik. Sadəcə 2-3 ədədlə kifayətlənə bilərsiniz.

 

Qatıq!

Təbii ki, bu məqamda yağsız qatıqların qəbulunda fayda var! Qatıq, həm rahat yuxunu təmin edir, həm mədənizdə yaranan turşunun və mədə pozğunluğun qarşısını alır. Mədə rahatladıcı təsirə malik olduğu üçün pəhrizdə saxlamasanız belə, gecələr bir kasa qatıq istehlak etmənizi təklif edirik!

 

Alma!

Almaların suya düşəndə batmamasının səbəbi tərkibində 25% -in hava olmasıdır. Üstəlik, qarnınızı rahatlaşdırır və həzmi asan olan meyvələrdəndir!

Kiçik bir "şadlıq" istəyirsinizsə, bir miqdar fıstıq əzməsi birlikdə yeyə bilərsiniz.

 

Qaynadılmış toyuq filesi!

Bir az yağsız, duzsuz və süngər kimi ola bilər, amma, inanın mətbəxə gedib çipsi və şokolad yeməkdən daha faydalıdır. Bir neçə parça toyuq sinəsi, həm özünüzü daha tox hiss etmənizi, həm də çox kalori almamış olduğunuzun şüuru ilə rahat yuxunuzu təmin edəcək!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!