Mavi çayın faydaları

Mavi çayın faydaları
Faydalı məsləhətlər
10.09.2017 34
Qurudulmuş güllərin yarpaqlarından hazırlanan çayın dadı olduqca gözəldir. Ona mavi çay da deyilir, daha çox isə göy. Qovuşuq (Clitoria ternatea)  və ya "göyərçin qanadları" da adlandırılır. Öz vətənində (Cənub-Şərqi Asiya) qida, boyaq maddəsi kimi istifadə olunur, məsələn, yeməklərdə onunla düyünü bəzəyirlər.



Mavi çayın dəmlənməsi

Xüsusi dadın və faydalı xassələrin qorunması üçün mavi çayı az qaynadılmış suda dəmləmək lazımdır. Bu nüans bol  miqdarda oksigen saxlamağa imkan verir. İsidilimiş suda dəmləmə çaydanı isinir. Dəmləmə üçün 2-3 çay qaşığı quru çay, kifayətdir. Dəmləmə 5-6 dəqiqə davam etməlidir. Dəmləmədən sonra yarpaqları  filtr ilə yığışdırmaq lazımdır. Uzunmüddətli dəmləmə xüsusi dada və faydalı xassələrə  ziyan vurmur.



Çay cövhəri göy rəngdə olacaq. Bir neçə damcı limon şirəsi əlavə olunduqda isə çay göy rəngdən bənövşəyi rəngə keçəcəkdir. Bu həm də çayın dadını da dəyişəcək. Çay həm soyuq, həm də isti şəkildə istifadə olunur.



Mavi çayın faydası

Sübut olunub ki, arterial təzyiqin azalmasına kömək edir. İki fincan çay hipertoniya xəstəlikləri ehtimalını azaltmağa  yetərli olacaq (65%). Mavi çaydan istifadə zamanı qan dövranı yaxşılaşır və qanın təmizlənməsi baş verir. Mavi çay saç artmasına da müsbət təsir göstərir, ağ saçların əmələ gəlməsini ləngidir, eləcə tərkibində böyük miqdarda ftora vardır, bu da  dişlərin kariyesdən azad olunması üçün çox lazımdır. Mavi çayın tərkibinə bir çox mikroelementlər və vitaminlər daxildir. Orqanizmdə xroniki yorğunluq, zəiflik və ümumi yuxusuzluğu müalicə edir. Mavi çay  kompüter arxasında uzun zaman oturan insanlara xüsusilə tövsiyə olunub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!