Hər səhər içilən 1 stəkan ananas suyunun 8 faydası

Hər səhər içilən 1 stəkan ananas suyunun 8 faydası
Faydalı məsləhətlər
10.09.2017 21
Səhərlər günə 1 stəkan ananas suyu ilə başlasanız, səhhətinizdə inanılmaz dəyişiklik müşahidə edəcəksiniz.



İltihablara qarşı təsirlidir

Ananasın tərkibində olan bromelain toksinləri orqanizmdən xaric edir  və iltihab prosesinin qarşısının alınmasına yaxşı təsir edir.



Arıqladır

Arıqlamaq istəyirsinizsə, ananas suyu için. İçərisindəki liflər sayəsində ananas həzmi yaxşılaşdırır. Bu sayədə toxluq hissini artırır və arıqlamağı asanlaşdırır. Ananas suyu həzm sistemini təmizləyir, bağırsaqları rahatlaşdırır.



Qaraciyər və bağırsaq parazitlərini təmizləyir

Tərkibindəki maddələr sayəsində ananas suyu, qaraciyər və bağırsaqları zərərli parazitlərdən təmizləyir.



Qalxanabənzər vəzini tənzimləyir

Tərkibindəki yod və bromelain maddələri xəstəliklərə qarşı bədənin müqavimətini artırır və tiroid simptomlarını azaldır.



Elektrolitləri tarazlayır

Ağrılara qarşı olduqca təsirli olan ananas tərkibindəki kalium sayəsində elektrolit tarazlığını təmin edir, bədəni gücləndirir. Xüsusilə, idmandan sonra yaranan əzələ və oynaq ağrılarını azaldır.



Toksinlərə qarşı təsirlidir

Tərkibindəki lif, faydalı maddələr və antioksidantlar detoks funksiyasını yerinə yetirir.   



Diş ətini qoruyur

Diş əti üçün faydalı olan ananas suyu eyni zamanda dişlərin ağlığını da qoruya bilir. Dişlərdən siqaret və çay ləkələrini təmizləyir.



Görmə qabiliyyətini yaxşılaşdırır

Tərkibində olan beta karotin və A vitamini insanın görmə qabiliyyətini yaxşılaşdırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!