Ayaqqabı ayağınızı sıxırsa

Ayaqqabı ayağınızı sıxırsa
Faydalı məsləhətlər
10.09.2017 14
Çox bəyəndiyiniz  ayaqqabı ayağınızı sıxırsa, ondan imtina etməlisiniz,demək deyildir. Dar gələn ayaqqabılarınızı genişləndirməyin praktik yolları var. Siz də bu problemlə qarşılaşmışsınızsa verdiyimiz məsləhətlərə qulaq asın.

 

Dar  olan ayaqqabınızı sirkə ilə isladılmış qəzetlə doldurun.Bir gecə qaldıqdan sonra səhər ayaqqabılarınızın içini boşaldıb geyinin.Artıq genişlənməni hiss edəcəksiniz.

 

Başqa bir metod isə: Bez parçasını spirt ya da sirkə ilə yaxşıca isladıb ayaqqabın ucuna doğru doldurun. Ən az 10 saat bu vəziyyətdə qalmalıdır. İsti havada ayaqqabın genişlənməsinə köməkçi olacaqdır.

 

Yeni ayaqqabı geymədən əvvəl isti buxara verin ya da  fenin isti havasını ayaqqabının içinə tutun.

 

Bütün bu məsləhətlərdən sonra ayaqqabılarınız ayağınızı sıxırsa, 1 st saf spirti ayaqqabının içinə tökün.Ayaqqabı spirti içinə çəkdikdən sonra ayağınıza geyinin. Belə olduqda ayaqqabının dərisi ayağınızın ölçüsünə uyğunlaşacaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!