Yanğın zamanı xilas olmanın yolları

Yanğın zamanı xilas olmanın yolları
Faydalı məsləhətlər
10.09.2017 14
Təəssüf ki, son zamanlar bu mövzu çox aktual olub.



Yanğın zamanı özünü düzgün aparan insan öz həyatını və sağlamlığını qoruya bilər. Bunu xilasedicilərin əksər hissəsi təsdiq edə bilər.



Beləliklə,



- Yanğın baş verdikdə, dərhal qaz xəttinin girişindəki ventili bağlayın, mənzildaxili elektrik cərəyanını ümumi elektrik şəbəkəsindən ayırın.



- İmkan olduğu halda sənədlərinizi götürüb dərhal yanan evi tərk edin. Yanğın zamanı liftdən istifadə etməyin - bu çox təhlükəlidir, pilləkənla aşağı düşün. Evdən çıxdıqdan əvvəl bütün qapı və pəncərələri kip bağlayın - alovun yayılması üçün oksigen, yelçəkən lazımdır. Qapı və pencərələri bağladıqda, sız alovun yayılmasının qarşısını alacaqsınız.



- Şəhərdaxili, eləcə də mobil telefonlarla "101" və ya "112" nömrəli telefonlara zəng edin. Bu çox vacibdir. Fikirləşməyin ki, bunu atıq kim isə edib. Operatora binanın dəqiq ünvanını, binanın neçə mərtəbəli olduğunu, yanğın harada və nədən yaranmasını deyin. Həmçinin binanın hansı metro stansiyasına və ya s. iri obyektlərə yaxın olduğunu da qeyd edin.



- Əgər evdən çıxmaq mümkün olmazsa, evdə 1 pencərəni açıq saxlayıb, bütün digər qapı-pəncərələri bağlayın və pəncərəsi açıq otaqda xilasedicilərin gəlməyini gözləyin. Pencərədən xilasedicilərə siqnal verin (məsələn, pencərədən əski çıxardıb silkələyin və s.).



- Otaqda çoxlu tüstü varsa, yerdə oturun. Aşağıda tüstü daha az olur.



- Yanğın zamanı ölüm hallarının əsas səbəbi alov deyil, boğulmadır. Yanma zamanı ifraz olunan dəm qazı və digər ziyanlı maddələr tez bir zamanda insanın ölümünə səbəb ola bilər. Bu xüsusilə uşaqlarda tez baş verir. Bunun qarşısını almaq üçün suda dəsmal və ya hər hansı əsgi isladıb nəfəs yollarınızı tutun. Daha ağır hallarda bütün bədənizi yaş əsgiyə bürüyün.



Mütəxəssislərin fikirinə görə, hətta güclü yanğın zamanı özünün düzgün aparan insanın sağ qalmaq ehtimalı çoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!