Rahat və şirin yuxu yatmaq üçün bunlara əməl edin

Rahat və şirin yuxu yatmaq üçün bunlara əməl edin
Faydalı məsləhətlər
10.09.2017 25
Son illərdə ağıllı telefonların və sosial şəbəkələrin məşhurlaşması insanı həm mənəvi, həm də fiziki cəhətdən yorur. Gündüzlər azmış kimi,təəssüf ki,  gecələr də telefonlar əlimizdən düşmür. Lazımsız informasiyalar beynin rahat yatmasına mane olur. Nəticədə də həyatımızdakı yuxusuz gecələrin sayı artır ki, bu da ilk növbədə sağlamlıq üçün ciddi təhlükədir. Qadınlar. biz bu problemi aradan qaldırmaq üçün bir neçə məsləhət təqdim edir:



İsti duş: Yatmazdan əvvəl isti duş qəbul etmək bədəni sakitləşdirərək yuxu gətirir.



Rahat yastıq seçin: Gecələr rahat yatmaq üçün seçdiyiniz yastıq da rahat olmalıdır. Nə çox sərt, nə də çox yumşaq yastıq seçin.

 

Ac yatmayın: Yatmazdan əvvəl və ya gecə saatlarında yediyiniz ağır yeməklər kabus görməyinizə səbəb ola bilər. Çünki beyin oyaq olur. Bu da yuxuya getmənizi çətinləşdirir. Yatmazdan 1-2 saat əvvəl yemək yeməməyə diqqət edin!

 

Yatağın əhəmiyyəti: Yastıq kimi, yatağı da özünüzə uyğun seçməlisiniz. Bunun üçün çox bahalı yataq almağınıza ehtiyac yoxdur. Yatarkən bədənin rahat olması kifayətdir.

 

Rejiminizi pozmayın: Hər gün eyni saatda yatmağa və oyanmağa çalışın. Orqanizmi bu sistemə uyğunlaşdırdıqda yuxuya getmək asanlaşacaq.



Kitabların gücü: Əgər heç cür yata bilmirsinizsə, kitabları sınaqdan keçirin. Yuxuya getmək üçün kitab oxumaq çox təsirli üsuldur. Ya da bir müddət sakitləşdirici, həzin mahnılar dinləyin və ya çox sevdiyiniz kitabınızı oxuyun!

 

Xəyal qurun: Yaşınızın neçə olduğu, ya da arzunun gerçəkləşib gerçəkləşməməsi önəmli deyil! Başınızı yastığa qoyan kimi sizi xoşbəxt edəcək şeylərin xəyalını qurun. Çünki xəyallar insana hipnoz təsiri göstərərək yuxuya aparır.



Mühitin əhəmiyyəti: Otağınız qaranlıq və səssiz olmalıdır. Bunlar da rahat yuxu üçün ən əsas amillərdir. Laqeydlik etməyin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!