Günə daha gümrah başlamaq istəyirsinizmi?

Günə daha gümrah başlamaq istəyirsinizmi?
Faydalı məsləhətlər
10.09.2017 25
Yanlış qidalanma, hərəkətsizlik, stressli həyat kimi bir çox səbəb səhər ağır mədə ilə və ötən günə nisbətən daha artıq çəkiyə səbəb ola bilər.

Elə isə səhər daha gümrah  oyanmaq və beləliklə günə daha incə başlamağa nə deyirsiniz? Bunun üçün etməniz lazım olanlar:



Su içərək günə başlayın

1 su stəkanı su içərək günə başlamaq hüceyrələrin işini sürətləndirir, güc qazandırır.

Günə daha incə başlamaq üçün hər gün 2-3 litr su içmək lazımdır.

 

Səhər yeməkdə rənglərə yer verin

Səhər yeməyi ilə günə başlamaq daha sürətli bir metabolizmin ilk addımıdır.

Qırmızı bibər, cəfəri, şüyüd kimi tərəvəzlərə və çiyələk, böyürtkən, moruq kimi yüksək antioksidant tərkibli meyvələrə səhər yeməyində yer verərək günə incə və daha fit başlaya bilərsiniz.

 

Axşam yeməyində qatıq istehlak edin

Yeməklərdə istehlak edilən qatığın yağların əriməsini sürətləndirdiyi məlumdur.

Xüsusən, yağsız qatıq üstünlük verilməsi alınan kalori və yağ miqdarını da azaldacağı üçün ertəsi günə daha düz qarın və daha incə bir görüntü təmin edəcəkdir.



23:00-05:00 Saatlarını yuxuda keçirin

Bədənin istirahəti və hormonal tənzimləmənin həyata keçirilməsi üçün 23:00-05:00 saatları arasında yatmaq olduqca əhəmiyyətlidir.

Bu saat rejiminə diqqət yetirmək daha sürətli metabolizm və daha fit oyanmaq üçün olduqca əhəmiyyətlidir.

 

Müsbət düşünərək gülümsəyin

Ən kalorisiz amma bir o qədər ən gözəl enerji mənbəyidir, gülümsəmək.

Müsbət düşünərək gülümsəyən və ətrafına də müsbət mesajlar verən şəxs seratonin hormon səviyyəsini yüksəltməkdə, beləliklə gündəlik stresslə mübarizə apara bilir.

Bu da daha fit, daha gümrah və incə bir şəkildə günə başlamağın ən mühüm yollarından biridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!