Toy tortları haqqında vacib nüanslar

Toy tortları haqqında vacib nüanslar
Faydalı məsləhətlər
10.09.2017 20
Həyatlarının ən özəl günlərində hər şey ilə fərqlənmək istəyən cütlüklər "toy tortu”nun da gözəl olması istəyində olurlar. Buna görə də çox vaxt bu işi öz öhdələrinə götürüb, istədikləri tortu hazırlatdırırlar. Amma burada əsas məqam fərqli, gözəl və maraqlı görünən toy formasını tapmaqdır. Elə isə gəlin bir neçə tort nümunələrini nəzərdən keçirək. Misallar sizə qərarınızı verməkdə yardımçı olacaqdır.



Beləliklə, toy tortunuzun sadə və zərif görünməsini istəyirsinizsə, şəkildə göstərilən tort formalarından birini istifadə edə bilərsiniz. Dördkünc, yumru və ya ürək formalı qatların üzərinə müxtəlif formada naxışlar və ya aksesuarlar əlavə etmək olar. Eyni zamanda, tortun üzərinə adlarınızın baş hərflərini qoydura və ya adlarınızı da yazdıra bilərsiniz.



Tortun rəngini gəlinliyinizin rəngi ilə də uyğunlaşdırmağı fikirləşmisiniz heç? Niyə də toy tortunuz sizin paltarınızla ahəng təşkil etməsin. Xüsusilə, xanımların öz toylarında rəngli gəlinliklərə üstünlük verdiyini nəzərə alsaq, rəngli tortların seçilməsi fikri heç də pis səslənmir. Belə ki, mavi, çəhrayı, qızılı və s. rənglərdə boyanmış tortlar qeyd olunan rənglərdə seçilmiş gəlinliklərlə xüsusi bir uyğunluq təşkil edəcək.



Sizin tortunuzu görən hər kəsin üzündə təbəssüm yaratmaq fikrindəsinizsə, bu modellərdən birini seçə və ya buna bənzər tortlar hazırlatdıra bilərsiniz. Müxtəlif rənglər, müxtəlif formalar, maraqlı aksesuarlar istifadə etməklə toy tortunuzun üzərində hər hansı bir əhvalatı da canladıra bilərsiniz. Şübhəsiz, belə maraqlı tortlar insanlar tərəfindən xoş təəccüblə qarşılanacaqdır. Həm nəzərə alsaq ki, indiki dövrdə tortlar üçün maraqlı bəzək və aksesuarlar var, onda bu istəyinizə nail olmanız heç də çətin olmayacaq.



Toy tortunuzu sizin və ya nişanlınızın peşəsinə uyğun formada hazırlatdırmaq da orijinal fikirlərdən biridir. Xüsusilə də, əgər hər ikiniz eyni sahədə çalışırsınızsa, bu sizə tam uyğun ola bilər. Məsələn, sənətiniz pianoçudursa və ya musiqi ilə bağlıdırsa, şəkildə göstərilən tort modeli barədə düşünməyə dəyər. Yaxud üzərində riyazi hesablamalar əks olunan tort şəklindəki kimi, siz də işinizlə bağlı maraqlı detalları toy tortunuzun üzərinə əlavə edə bilərsiniz.



Digər maraqlı tort forması isə bir böyük və ətrafı çoxlu sayda bənzər kiçik tortlardan ibarət olanlardır. Bu cür toy tortlarına az-az təsadüf olunur. Belə ki, siz bu formanı seçməklə, fərqli bir addım atmış olarsınız. Həmçinin, belə tortları "Toy şirnayyatı”ndan dadmaq istəyən insanlara təqdim etmək də çox asandır. Kiçik tortların sayının nə qədər olması isə sizin istəyinizə bağlıdır.



Toy tortunuzun xoşagələn və fərqli görünməsi ilə barəbar, xoş dada malik olmasını da unutmayın. Sonda isə ailə həyatına doğru addımlayan bütün cütlüklərin "Yeni həyat”larının Toy tortları qədər şirin olması diləyilə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!