Gümüşü necə parlaq saxlayaq?

Gümüşü necə parlaq saxlayaq?
Faydalı məsləhətlər
10.09.2017 25
Gümüş əşyalar ümumiyyətlə, xanımlar tərəfindən ev dekorasiyasında istifadə olunur. Amma gümüş vaxt keçdikcə qaraldığı üçün pis bir görünüşə səbəb olur. Xanımların dəvamlı gümüşlərin qaraldığı istiqamətindəki şikayətlərini eşidirik. Siz qiymətli xanımlar üçün gümüşlərinizi parladacak üsullar axtardım və bir neçəsin tapmağa nail oldum. Gəlin, birlikdə bu üsullara bir göz ataq.



Sirkəli su ilə karbonat.

Bir qaba 2 yemək qaşığı sirkə tökün. Üzərinə su əlavə edin. Daha sonra 2 yemək qaşığı karbonat əlavə edin və qarışdırın. Bu suyun içində bütün gümüş əşyalarınızı saxlaya bilərsiniz. Üzük, boyunbağı, sırğa, ya da ev əşyalarınızı ən az yarım saat gözlədin. Əgər əşya böyükdürsə, süngəri bu qarışığa batırıb silə bilərsiniz.



Alüminium folqa.

Bir qazana su tökün. İçinə bir neçə parça alüminium folqa və 1 yemək qaşığı karbonat əlavə edin. Biraz bu qarışığı  qaynadın. Gümüşlərinizi 10 saniyə batırıb çıxarın. Tərtəmiz olduğunun şahidi olacaqsınız.



Duz və limon suyu.

1 yemək qaşığı duz ilə 2 yemək qaşığı limon suyunu bir qabda qarışdırın. Üzərinə bir az su əlavə edib gümüşlərinizi bu suyun içində gözlədin. Gümüş təzə kimi görünəcək.



Diş pastası.

Gümüşünüzün üzərinə diş pastası sürtün. Bir qaba su doldurub ən az 1 saat gözlədin. Daha sonra bol suyla gümüş əşyalarınızı yuyun. Gümüşünüzün rənginin açıldığını görəcək və təəccüblənəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!