Stresdən uzaq olmağın yolları

Stresdən uzaq olmağın yolları
Faydalı məsləhətlər
10.09.2017 18
İş həyatı, gündəlik həyacan, evdəki xüsusi problemlər hamısı stresli bir həyat yaşamağımıza səbəb olur. Movqe.az xəbər verir ki , stresi həyatımızdan tamamilə çıxarmaq mümkün görünməsə də, təbiətdəki bəzi bitki və ədviyyatların qoxusu gərginliyi üzərimizdən atmağa və rahatlamağımıza kömək olur.



Darçın

Möcüzəvi bir ədviyyat olan darçın, stresin qarşısını alan və əhvalı yüksəldən təsirə malikdir. Stresli və gərgin olduğunuz zamanlarda bir dəsmala bir neçə damla darçın yağı damladaraq qoxulayın. Darçını iylədikdən bir neçə saniyə sonra özünüzü daha yaxşı hiss edəcəyinizin şahidi olacaqsınız.

 

Lavanda

Ən çox istifadə olunan esanslardan biri olan lavanda qan dövranını sürətləndirir və rahat nəfəs almağınızı təmin edir. Qan təzyiqini salan lavandanın qoxusu, rahatlamağınıza və sakitləşməyizə kömək edəcək. Lavanda qoxusu, miqren və əzələ ağrılarına da yaxşı təsir edir. Bir neçə damla lavanda yağını başınızın ya da əzələlərinizin ağrıyan bölgələrinə çəkərək masaj etsəniz, son dərəcə təsirli bir nəticə əldə edərsiniz

 

Çobanyastığı

Sakitləşdirici təsiri olan çobanyastığı stresi azaldır və rahatlamağınıza kömək edir. Əzələlərinizin boşalmasını və özünüzü daha yaxşı hiss etməyinizi də təmin edən çobanyastığı, ürək bulanmasına da yaxşı təsir edir. Xüsusilə uşaqlarınızın ürəyi bulandığında onları təbii üsullarla yaxşılaşdırmaq istəsəniz, körpənizə bir stəkan çobanyastığı çayı içirə bilərsiniz.



Kokos

Orta zəncirli yağ turşuları (MCFA) tərkibli kokos yağı, trans yağlara nisbətən olduqca sağlam bir yağ turşusudur və maddələr mübadiləsini sürətləndirir. Ürək döyüntülərini yavaşladan kokos, sakitləşmənizə və rahatlamağınıza da kömək edər.



Qara şokolad

Kakao nisbəti yüksək olan qara şokolad antioksidan anbarıdır və ürək sağlamlığını qoruyur. Ləzzətli dadı və qoxusu beyninizdəki siqnallara təsir edərək özünüzü daha yaxşı hiss etmənizə və sakitləşmənizə kömək edər.



Tərxun

Stresli olduğunuz vaxtlarda tərxunun qoxusu ilə də istirahət edə bilərsiniz. Tərxun bədəninizdəki stress hormonu olaraq tanınan kortizolunun ifrazını asanlaşdırır və sizi gərginlikdən uzaqlaşdırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!