Qulaqlıqla musiqi dinləmənin zərərləri

Qulaqlıqla musiqi dinləmənin zərərləri
Faydalı məsləhətlər
10.09.2017 23
Texnologiyanın irəliləməsi və gənc nəslin texnologiya ilə iç-içə yaşaması sağlamlığı təhdid edir. Gəncindən yaşlısına bir çox adamın istifadə etdiyi telefonlar, MP3 –lər və tablet kompüterlər həm həyatımızı asanlaşdırır, həm də sağlamlığımızda problemlər yaradır. Görünüşcə zərərsiz kimi görünsə də, bu cihazlarla film və musiqilərin qulaqlıq ilə dinlənilməsinin geri dönüşü olmayan zərərləri vardır. Qulaqlıqla yüksək səsdə musiqi dinlənildiyində, qulağımız səsin şiddətinin xaricində təzyiqə məruz qalır. Bu qulağa zərər verir. Uzun müddət yüksək səs və təzyiqə məruz qalınca, daxili qulaqda eşitməmizi təmin edən duyğu hüceyrələri məhv olur.



Son illərdə musiqi dinləyərkən qulaqlıqdan istifadə edənlərin sayı olduqca çoxalıbdır.



Dünya Sağlamlıq Təşkilatı gündə 1 saatdan çox musiqi dinləməmək lazım olduğunu söyləyir.



Əsasən də gənclərin tez-tez yüksək səslə və qulaqlıqla musiqi dinləməkləri geri dönüşü olmayan sağlamlıq problemlərinə yol aça bilir.



Dünya Sağlamlıq Təşkilatının məlumatlarına görə; yaşları 12-35  yaş arasında dəyişən 43 milyon insan eşitmə itkisi yaşayır və eşitmə itkisindən şikayət edənlərin sayı getdikcə artır.



Dünya Sağlamlıq Təşkilatı səlahiyyətlilərindən Doktor Etyen Kruq isə gündə bir saat musiqi dinləməyin yetərli  olduğunu, musiqinin səsi çox yüksəksə, bunun belə çox ola biləcəyini söyləyir.



Qulaqlıqla musiqi dinləmək hansı problemlərə yol açır?

- Qulaqda cingiltili səslər yarana bilir.

- Eşitmə itkisini tezləşdirir.

- Eşitməkdə azalma yarana bilir.

- Qulaq kirinin çoxalmasına səbəb olur.

- Diqqət itkisi azaldır.

- Psixoloji problemlər yaradır.



Necə qoruna bilərik?

- Aşağı səslə dinləyin.

- Qulaqlığı tək qulağa taxaraq dinləməyin bu sizin musiqini eşitməniz üçün səsi daha da yüksəyə qaldırmanıza səbəb olacaq.

- Uyğun qulaqlıq seçin. Çöldəki səsə maneə törədən qulaqlıqlar seçim edin. Beləcə musiqinin səsini daha az açmış olacaqsınız.

- Zaman-zaman qulaqlara istirahət fasiləsi verməniz də əhəmiyyətlidir.



Dünya Sağlamlıq Təşkilatına görə etibarlı səs sərhədləri isə belədir:

85 desibel - bir avtomobilin içindəki səs-küy səviyyəsi - 8 saat

90 desibel - çəmən biçmə aləti - iki saat yarım

95 desibel - motosiklet - 47 dəqiqə

100 desibel - metro qatarı - 15 dəqiqə

105 desibel - səsi sonuna qədər açıq mp3 player - 4 dəqiqə

115 desibel - yüksək səsli rock konserti - 28 saniyəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!