Təmizlik artıq bir əyləncə qədər maraqlıdır

Təmizlik artıq bir əyləncə qədər maraqlıdır
Faydalı məsləhətlər
10.09.2017 21
Qış aylarını geridə buraxırıq. Qızdırıcılar, sobalar yandı. Bütün qış, evlərimiz his və hava çirkliliyi səbəbiylə çirkləndirilib. Xüsusilə də ən çox çirklənən yerlər divarlar oldu. Sizə divarlarınızı praktik olaraq necə təmizləyə biləcəyinizi izah edəcəyik.

Otaq divarlarını təmizləmək daim can sıxıcı işlər arasında yer alır. Qadınlar günlərlə evlərinin divarlarını təmizləmək üçün əziyyət cəkirlər.



Otaq divarları

Divarlarını təmizləyəcəyiniz otağın ortasına qaynar su dolu bir qab qoyun. Qapı və pəncərələri yaxşıca bağlayın. Bu əməliyyatı təmizləməyə başlamazdan öncə bir neçə dəfə edin. Meydana gələcək buxar divarları nəmləndirəcək və təmizlik işiniz olduqca asanlaşacaq. Nəmlə qabaran çirklər divarın silinməsi ilə daha asan çıxacaq.

Otaq divarları üçün bir başqa təklifimiz daha olacaq. Bir vedrə suyun içinə bir miqdar yuyucu toz qoyun. Bu əməliyyat üçün plastik bir fırçaya ehtiyacınız olacaq. Fırçanızı vedrənin içinə soxub çıxarın. Fırçanı yelləyərək artıq suyu atın. Fırçanızı divara sürərək, divarlarınızı təmizləyin. Qurumağa belə gərək qalmadan divarlarınızın tərtəmiz olduğunu görəcəksiniz.



Mətbəx divarları

Mətbəx divarlarında, yemək bişirilməsi səbəbiylə yağ və buxar ilə daha çətin təmizlənən çirklər meydana gəlir. Yağlı çirkləri asan təmizləyə bilmək üçün sabunlu suya bolca duz əlavə edin. Beləcə divarlardakı yağ və his ləkələrini asanlıqla çıxarda bilərsiniz.



Divarlardakı barmaq izləri

Barmaq izləri, xüsusilə uşaqlı evlərin ən böyük problemlərindən biridir. Divarın boyasına zərər vermədən barmaq izlərini çıxarmaq üçün tətbiq edilən ən asan yol budur. Bu izləri kəsilmiş kartof ilə ovun. Ardından parafinə buladığınız bir bezlə silin. Barmaq izlərinin çıxdıqlarını görəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!