Soyuq su ilə duş qəbul etmənin faydaları

Soyuq su ilə duş qəbul etmənin faydaları
Faydalı məsləhətlər
10.09.2017 8
İlk eşitdiyiniz zaman titrəmiş ola bilərsiniz, ancaq soyuq duş almağın faydalarını öyrəndikdə sınamağı düşünəceksiniz.

 

İmmunitet sistemini qüvvətləndirir

Soyuq su ilə duş almaq immunitet sistemini gücləndirdiyini göstərən saysız-hesabsız araşdırmalar var. Soyuq su, titrəməyə səbəb olduğu üçün metabolik sürəti artırır və immunitet sistemini aktiv edir.

 

Zəiflədir

Bədənimiz soyuğa məruz qalanda isinmək üçün daha çox enerji istehsal etməsi lazımdır. Bu sayədə isinməyə çalışarkən daha çox yağ yandırar və zəifləməyə köməkçi olar.

 

Qan dövranını sürətləndirir

Soyuq su ilə duş alanların qan dövranının daha sürətli olduğu qeyd edilmişdir. Soyuq su qan axınını həyatı orqanlara istiqamətləndirir və orqanizmin daha fəal qan dövranı etməsini təmin edir.

 

Depressiyaya qarşı təsirlidir

Soyuq suyun depressiya simptomlarını azaltdığı məlumdur. Depressiv vaxtlarda soyuq suyun altında bir müddət dayandıqda özünüzü daha yaxşı hiss etdiyinizi görəcəksiniz.

 

Dəri və saçların parlamasını təmin edir

Soyuq su açıq məsamələrin daralmasına səbəb olur. Bu sayədə daha sağlam və parlaq dəriyə sahib olarsınız. Həmçinin soyuq su ilə duş alanların saçlarının daha parlaq göründüyü bildirilir.

 

Testesteron səviyyəsini artırır

Soyuq duş alan kişilərdə testesteron səviyyəsinin daha yüksək olduğu müəyyən olunub.

 

Sperma keyfiyyətini yüksəldir

İsti su və şərait sperma keyfiyyətini aşağı salır. Körpə sahibi olmaq istəyirsinizsə soyuq duş almağınız təklif edilir.

 

Daha yaxşı yat

Yuxu problemi olanlara soyuq duş almaları təklif edilir. Çünki soyuq suyun səbəb olduğu şokdan sonra orqanizminiz sakitləşəcək və yuxuya getmədə çətinlik çəkməyəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!