Hər gün edilən 7 səhv

Hər gün edilən 7 səhv
Faydalı məsləhətlər
10.09.2017 15
Hər gün duş alırsınız? Dişlərinizi fırçaladıqdan sonra suyla yaxalayırsınızmı? 'Sağlam' bildiyiniz vərdişlər əslində zərərli ola bilər.



Səhv 1: Hər gün duş almaq

Həddindən artıq isti su, aşılayıcı sabunlar dərinin yağ tarazlığını pozur və buna görə də siz quruluq, dəri qırışması, çopurlaşması kimi problemlərlə qarşılaşa bilərsiniz. Insanların çoxu həddindən artıq duş qəbul edir- deyə mütəxəssislər bildirir, hər gün duş almaq istəyənlər kimyəvi şampun, sabun, həddindən artıq isti su yerinə dərini qurutmayan sabunsuz duş gelləri, bədən kremi, parafin tərkibli yağlar, ilıq su seçimi edə bilərlər.



Səhv 2: Gündə 8 saat yatmaq

Loughborough Universiteti, Yuxu Araşdırmaları Mərkəzi Professoru Jim Horne, indiki vaxtda tez-tez dilə gətirilən hər gecə ən az 8 saatlıq yatmağın yorğunluğa səbəb ola biləcəyini qeyd edir. Fasiləsiz yuxu saatları və parçalara ayrılmış yuxunun - gün içindəki yuxu da daxil - daha faydalı olduğu təstiqlənib. Buna görə 4 saatda bir 15 dəqiqəlik fasilə vermək gecə 1 saatlıq yuxuya bərabərdir. Yüzlərlə il əvvəl fasilələrlə yatmağın adi bir şey olduğunu vurğulayan professor Jim Horne, 'Günortadan sonra və ya ikindi vaxtı 2 saat yatmaq insanlara imkan yaradır ki,ailələri, yoldaşları ilə daha çox, səmimi əlaqələr qura bilsinlər. Gecə yarısına doğru yatanlar 3 saat sonra yenidən qalxıb bir neçə saat sonra 4 saat daha yatdıqlarında daha gümrah olurlar. Belə bir yuxu tənzimləməsi ilə gündə 7 saat yuxu bəs edir. Gecə yarısı oyanıb yata bilməməyiniz yuxunuza zərərli ola bilər. Məsələn gecə 03.00-də oyanıb narahatlıqla fırlanıb yata bilmirsinizsə, beynimizi rahatlaşdıracaq kitab oxumaq, musiqi dinləmək kimi məşquliyyətlə edin. Bədəniniz yatmağa hazır olduğunuz vaxt təkrar "Yatın!” siqnallarını verəcək.



Səhv 3: Dişləri fırçaladıqdan sonra suyla həddindən artıq yaxalamaq

Diş Həkimi Dr. Phil Stemmer, dişlərinizi fırçaladıqdan sonra suyla çalxalamağı təklif edir. Ancaq həddindən artıq çalxalamaq diş pastasının qoruma təsirini azaltdığı üçün lazım deyil. Dr. Stemmer, 'Dişlərinizi fırçaladıqdan sonra ən az yarım saat içki qəbul etməyin. Bu ilk vaxtlar sizə qəribə gəlsə də sonra alışacaqsınız. Dişləri fırçalayarkən fırçanı ıslatmayın. Diş məcununu quru fırçaya sıxın və birbaşa fırçalamağa başlayın. Ağzımızda kifayət qədər nəmlik var. Əlavə olaraq, dişlərinizi yeməklərdən dərhal sonra fırçalamayın. Ən az yarım saat gözləyin. Dərhal fırçalarsanız qida turşuları və şəkər dişlərinizin dərinlərinə yerləşər. Ən yaxşısı dişlərinizi yeməklərdən əvvəl fırçalamaqdır. Yeməkdən sonra isə spirtsiz ağız yaxalayıcıları ilə ağzınızı yaxalayın.



Səhv 4: Müasir ayaqyoludan istifadə

Araşdırmalara görə müasir tualetlər sağlamlığımız üçün zərərlidir. Köhnə yerdən olan çanaqlar müasir oturaq çanaqlardan daha xeyirlidir. Çömbəlib oturmaq daha az güc tələb edir. İsrailli elm adamlarının həzm sistemi problemləri olan insanlar üzərində etdikləri araşdırmaya görə çömbəlmək babasi riskini azaldır. Mütəxəssislər, bu cür problemlərlə qarşılaşmamaq üçün köhnə qaydada, yerdən tualet istifadə etməyi təklif edir.



Səhv 5: Təmizlik işləri

Bu ilin əvvəllərində nəşr olunan bir araşdırmaya görə, ev işiylə məşğul olmağın əslində sağlamlıq üçün ziyan olduğu açıqlandı. Amerikada çalışan 100 qadın və kişi üzərində aparılan araşdırmaya görə, işdən sonra dərhal evə gedənlərin təzyiqlərinin digərlərinə görə daha yüksək olduğu qeyd olunur. Bunun səbəbinin evdə onları gözləyən yemək bişirmək, təmizlik, alış-veriş kimi işlər mövcudluğudur. Bu stress sağlamlığa zərər verməklə yanaşı, ev təmizləmə məhsulları da asma riskini artırır. İspaniyada edilən bir araşdırmaya görə həftədə bir dəfə istifadə olunan təmizlik spreyləri və otaq qoxuları hər 7 insandan birində asmaya səbəb olur.



Səhv 6: Səhv nəfəs almaq

Yaşlandıqca daha çox səmərəsiz nəfəs-alıb verməyə başlayırıq. Amma doğru nəfəs-alıb verməyi təkrar öyrənə bilərsiniz. Psixoterapist və Stress rəhbərliyi dərnəyi direktoru Neil Shah, dərin nəfəs almaq istəyəndə sinənin şişməsini səhv olaraq dəyərləndirir. Shah, "Bütün körpələr ağciyərlərinin hamısından istifadə edirlər. Böyüdükcə ağ ciyərlərimizdən daha az faydalanırıq. Bu ciyərlərimizdəki köhnə havanın hələ qaldığı mənasını verir. Yəni təzə hava ciyərlərimizin dərinliyinə qədər enə bilmir.”



Səhv 7: Axşam yeməyindən sonra rahatlamaq

Yeməkdən sonra heç bir şey etmədən düz yatağa gedirsinizsə artıq çəki əldə etmiş ola bilərsiniz. Cambridge Universitetinin qidalanma mütəxəssisi Claire MacEvilly, "Axşam saat 8- ya 9-da yemək yedikdən sonra 20 dəqiqəlik sürətli gəzinti etsəniz kökəlməyin qarşısını almış olarsınız- deyir. Heç kökəlməmək yolu isə, rahat bir məşq sonrası yüngül yeməkləri az və tez-tez yeməkdən keçir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!