İmtahan gününə hazırlaşan tələbələr üçün məsləhətlər

İmtahan gününə hazırlaşan tələbələr üçün məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 22
Artıq orta ümumtəhsil məktəblərində imtahanlar başa çatmışdır. Şagirdləri qarşıda abituriyent olaraq daha ciddi sınaq – ali məktəblərə qəbul imtahanları gözləyir. Əlbəttə ki, istər psixoloji, istər zehni, istərsə də fiziki baxımdan imtahana hazırlıq mksimum diqqət və doğru yanaşma tələb edir. Belə olduqda uğurlar daha yaxın olur. Bəs prdaqoq və psixololar bununla bağlı nə məsləhət görürlər?

Pedaqoqlar oxunacaq materialın hər zaman vaxtında oxunmasını, çətinlik dərəcəsinə görə mürəkkəb olan sualların imtahandan əvvəl həll edilməsini doğru hesab edirlər.



Mütəxəssislərin məsləhətəri belədir:

Oxunacaq materialı hər zaman vaxtında oxuyun ki, imtahan əvvəli iş və hazırlıq yalnız bildiyiniz materialın təkrarından ibarət olsun. Son dəqiqədə edilən sıx yeni materialın çalışılması səhv anlayışa və mövzunu səhv və əskik qavramağa yol açar. Bu şəkildə ğyrənilən materialı yaxşı xatırlamaq olmur və imtahanlarda aşağı nəticəyə səbəb olur.

İmtahana hazırlaşmaq üçün sərf edəcəyiniz müddəti planlayın. Çalışarkən saatda bir 5-10 dəqiqəlik fasilələr verin.

Əvvəldən oxuma tapşırıqlarını hər dəfə başdan sona oxumamaq üçün ən əhəmiyyətli yerləri işarələyin və özünüz qeydlər əlavə edin.

Yanlış etmiş olduğunuz sualların doğru cavablarını tam bildiyinizdən əmin olun. Doğru cavablar üçün şərhə ehtiyac varsa, meəllimlərinizdən kömək ala bilərsiniz.

Əvvəldən sanki imtahanı siz hazırlıyırmış kimi ola biləcək sualları hazırlayın və özünüz də imtahanı cavablandırın.

Tək də hazırlaşa bilərsiniz, dostlarla da. Amma tək hazırlaşanda belə onlarla sonra nümunə sualları birlikdə həll edin. Bir-biriniz test edin və həlləri birlikdə inkişaf etdirin. Dərs qeydlərinizi ortaq şəkildə istifadə edin.

İmtahandan əvvəlki gecə yuxunuzu alın. Bu şəkildə bildiklərinizi daha yaxşı istifadə edə bilərsiniz və imtahan performansınız daha yaxşı olar. Araşdırmalar normal bir yuxu və a normasınca zülallı yeməyin imtahan əvvəlində ən yaxşı hazırlıq olduğunu göstərir.

Tərkibində kofein bol olan qidalardan çəkinməlisiniz, onsuz da imtahana görə gərginlik var və əlavə kafein almağa ehtiyac yoxdur.

İmtahan yerinə vaxtından bir qədər öncə gedilməlidir.



İmtahandan 1 saat əvvəl rahatlaşdırıcı bir şey edilməlidir: məsələn, yoga, meditasyon, istirahət məşqi edilməli, sakitləşdirici musiqi dinlənilməlidir v.s

Son dəqiqə təkrarlarından uzaq durmaq lazımdır:yaddaşsızlıq yarada bilər.

Mane ola biləcək yoldaşlardan uzaq dayanmaq, onlarla söhbətdən qaçmaq lazımdır.

İmtahan zamanı nəzarətçi müəllimlərin tövsiyə və məsləhətlərini diqqətlə dinləmək lazımdır, bütün imtahan təlimatı nəzərdən keçirilməlidir.

Əvvəl imtahanın sadə sualları cavablandırılmalıdır. Bu, özünə olan etibarı artıracaqdır.

Ola biləcək qorxular asan sualların fonunda aradan qalxacaqdır.

Bir sualda ilişib qalmamalı. O sualdan adlayıb cavab verə biləcəyiniz digər suallara keçməlisiniz.

Zaman qalacağında yenidən bu suallara dönə bilərsiniz.

Gələcəkdə nələrə diqqət etməliyəm? Daha yüksək bal üçün indiki işdə nələrin işə yaramadığı təyin olunmalı, siyahı edilməli və hər imtahanda bu siyahıya bu kimi faydalı məsəlləri qeyd etmək lazımdır.

Hər birinizə uğurlar arzulayırıq, tələbə adı qazanmaq şərəfi arzulayırıq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!