Həftədə yalnız bir dəfə balıq yemək faydalıdır

Həftədə yalnız bir dəfə balıq yemək faydalıdır
Faydalı məsləhətlər
10.09.2017 16
Balıq ən faydalı qida məhsullarından biridir. Sağlam həyat tərzi keçirən insanların əksəriyyəti belə hesab edir və bu barədə xeyli məlumata malikdirlər. Lakin elmi işçilər müəyyən ediblər ki, balıq ətindən həddindən artıq tez-tez istifadə etmək olmaz.

 

"Apotheken Umschau” jurnalının səhifələrində Boston tədqiqatçılarının aşkar etdikləri faktlar dərc edilib. Məlum olub ki, bədəni yaxşı formada saxlamaq və özünü gümrah hiss etmək üçün həftədə bir dəfə balıq yemək kifayətdir.



Boston Tibb Məktəbinin mütəxəssisləri tərəfindən balığın faydalı keyfiyyətlərinin üzə çıxarılmasına dair aparılan təcrübədə 40 min kişi iştirak edib.



Alimlərin gəldiyi nəticəyə əsasən, sağlam və düzgün qidalanmaq üçün böyük miqdarda pul xərcləməyə ehtiyac yoxdur. Doğrudur, balıq ətinin tərkibindəki omeqa-3 turşusu damarın divarlarını müdafiə edir, lakin bunun üçün həftədə 1 dəfə balıq yemək kifayətdir. Jurnal alimlərin orta və daha yaşlı kişilərdə ürək-damar sistemi xəstəliklərinin



profilaktikası üçün yağlılığı yüksək olan dəniz balıqlarını yeməyin faydası barədə də fikirlərini dərc edib. Bu siyənək və ya skumbriya ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!