Makiyajı təmizləməyin alternativ yolları

Makiyajı təmizləməyin alternativ yolları
Faydalı məsləhətlər
10.09.2017 8
İşlərin çoxluğundan ehtiyacımız olduğu kosmetik vasitələri almağı unuduruq. Onlar isə ən çox lazım olan anda bitir.



Məsələn, makiyaj təmizləyici hər zaman əlinizin altında olmaya bilər. Bəs, bu kimi hallarda dəriyə zərər vermədən onu nə ilə silə bilərik? Makiyajla yatmamaq üçün hansı vasitələrdən istifadə etmək olar?



Təbii Yağlar

Baxım üçün istifadə etdiyiniz hindqozu yağı, ya da zeytun yağından makiyajı təmizləmək üçün istifadə edə bilərsiniz. Bu yağlar dərini təbii şəkildə nəmləndirir və təravətləndirir.



Bəbə yağı

Əgər makiyaj təmizləyiciniz bitibsə, onu körpə yağı ilə əvəz edə bilərsiniz. Körpə yağı makiyajı çox asanlıqla təmizləyir. Ancaq bu yağdan tez-tez istifadə etmək tövsiyə olunmur.



Vazelin

Effektli nəmləndirici olan vazelin həm də makiyaj təmizləyicini əvəz edə bilər. Pambığın köməyilə vazelini üzünüzə çəkib sonra makiyajı təmizləyin. Lakin bu məhsulu üzə tez-tez çəkmək olmaz.



Bal

Bal da faydalı xüsusiyyətlərinə görə, dəriyə zərər vermədən makiyajı təmizləyən ən yaxşı vasitədir. Azacıq bal götürüb barmaq uclarında üzünüzə çəkin. Sonra isə nəm pambıqla makiyajı silin. Bu sayədə həm makiyaj təmizlənir, həm də dəri nəmlənir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!