Özünüzü yorğun və halsız hiss edirsinizsə...

Özünüzü yorğun və halsız hiss edirsinizsə...
Faydalı məsləhətlər
10.09.2017 8
Son vaxtlar özünüzü heç bir səbəb olmadığı halda yorğun, halsız, əsəbi, yuxusuz və stressli hiss edirsiniz? Bəlkə də sizdə maqnezium çatışmazlığı var.



Maqnezium çatışmazlığının əlamətlərini və orqanizmi maqneziumla təmin etməyin yollarını araşdırılıb.

 

Maqnezium orqanizm üçün ən önəmli minerallardan biridir. Əzələ və sinir sistemi fəaliyyəti üçün əvəzedilməzdir. Damarların elastikliyində və qan təzyiqinin stabilləşməsində mühüm rol oynayır. Həmçinin, hüceyrələrin yenilənməsi və böyüməsi üçün, həmçinin sümük və dişlərin möhkəmlənməsində kalsium önəmli yer tutur.

 

Maqnezium çatışmazlığı zamanı orqanizm aşağıdakı siqnalları verir:

 

- Halsızlıq və yorğunluq

- Ürək döyüntülərinin artması

- Başın hərlənməsi

- Tez özündən çıxma

- Yuxusuzluq

- Xolesterinin yüksəlməsi

- Böyrək daşı və ya sidik yollarında qum və daş

- Menstruasiya zamanı şiddətli ağrılar.

 

Mütəxəssislər bildirirlər ki, bəzi vərdişlər orqanizmdəki maqneziumun azalmasına səbəb olur.

 

Hamamda və saunada çox vaxt keçirmək, tərkibində yod olan dərmanlardan istifadə etmək, idmanla həddən çox məşğul olmaq maqneziumun səviyyəsinin düşməsinə gətirib çıxarır. Çünki tərlə birlikdə orqanizmdən külli miqdarda maqnezium da atılır.

 

Həmçinin, qara çay, qəhvə və spirtli içkilər də maqnezium düşmənidir. Duzdan çox istifadə edənlər və yalnız zülalla zəngin ərzaqlarla qidalananlar da maqnezium çatışmazlığı ilə üzləşə bilərlər.

 

Bəs orqanizmi maqneziumla təmin etmək üçün hansı tədbirləri görmək lazımdır?

Çərəzlərin bir çoxu - badam, qoz, fındıq, fıstıq, keşyu, qabaq tumu maqneziumla zəngindir. Mərci, noxud, quru lobya, bütöv dənli taxıllar, buğda kəpəyi, göyərtilər, banan, çiyələk, moruq, qarpız, qovun, xurma, əncir, şokolad və kakaoda da maqnezium var.

 

Bir çox ədviyyatlar da maqnezium ehtiva edir. Bunlardan ən faydalıları kəklikotu, qurudulmuş şüyüd, kərəviz toxumu, adaçayı, qurudulmuş xardal, razyana toxumu, xaşxaşdır.

 

Bu qidalardan istifadə edərək maqnezium çatışmazlığının qarşısını ala bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!