45 dəqiqədə təmizlik

45 dəqiqədə təmizlik
Faydalı məsləhətlər
10.09.2017 19
Yəqin ki, hər kəs çox qısa müddətə mənzili nizama salmaq problemi ilə dəfələrlə üz-üzə qalıb. Çox vaxt insanlar nədən başlamağı bilmədən mənzildə qaça-qaça düşürlər. Qarışıqlığın yaranmaması üçün nədən və necə başlamaq lazım olduğunu bilmək lazımdır.



Birinci mərhələ: mətbəx – 12 dəqiqə İlk olaraq ümumi təmizlik etmək lazımdır. Bunun üçün 2 dəqiqə kifayət edəcək. Bütün lazımsız əşyalar mətbəx masasından yığışdırılmalıdır. Ümumi təmizlikdən sonra qab-qacağı yumaq lazımdır. Mətbəx səthlərinin təmizləməsinə başlamaq lazımdır. Bu məsələnin öhdəsindən gəlməyə mikro lifdən olan yumşaq dəsmal kömək edəcək. Mətbəx texnikasının təmizliyi. Mikrodalğalı soba, soyuducu, qaz plitəsi və mətbəxdə olan digər texnikanı təmizləmək lazımdır. Son olaraq döşəməni təmizləmək lazımdır. Əvvəl bütün qırıntıları və tozu süpürmək, sonra isə döşəməni silmək lazımdır.  İkinci mərhələ: yataq otağı – 10 dəqiqə İlk olaraq bütün artıq əşyaları yığışdırın. Yataq otağı yalnız hər şeyin öz yerində olduğundan sonra təmiz və gözəl görünəcək. Əgər çarpayı yığılmayıbsa, bunu dərhal etmək lazımdır. Əgər varsa çarpayını balaca dekorativ yastıqçalarla bəzəmək olar. Tozun alınmasına başlamaq lazımdır. Təmizliyi otağın künclərindən başlayıb tədricən çıxışa yaxınlaşmaq lazımdır. Sonda döşəməni təmizləmək lazımdır. Burada sizə tozsoran kömək edəcək. Həmişə olduğu kimi tozsoranla otağın künclərindən başlayıb çıxışa doğru təmizlik işləri aparmaq lazımdır. Üçüncü mərhələ: vanna otağı və tualet – 8 dəqiqə Təmizliyə başlamazdan əvvəl vannaya və unitaza təmizləyici vasitə tökmək lazımdır. Bu çətin çıxarılan ləkələri daha sürətli uzaqlaşdırmağa kömək edəcək. Vannanı və ya duş kabinasını yaxşıca silmək, sonra isə təmizləyici vasitələrin qalıqlarını su ilə təmizləmək lazımdır. Vanna otağındakı güzgünü təmizləyin. Bunun üçün sadəcə güzgü səthlərinin təmizlənməsi üçün xüsusi vasitədən istifadə etmək kifayətdir. Unitazı təmizləmək üçün yuyucu toz və tualet şotkasından istifadə etmək lazımdır. Vannanı diş fırçasının köməyi ilə təmizləmək olar. Bundan başqa belə şotka hətta ən çətin yerləri təmizləməyə kömək edəcək. Sonda döşəməni təmizləmək lazım olacaq. Dördüncü mərhələ: qonaq otağı – 15 dəqiqə İlk olaraq qarışıqlığı aradan qaldırın. Bütün predmetlərin yerini düzəldib öz yerinə qoymaq lazımdır. Tozun alınması. Bütün şüşə səthləri xüsusi vasitənin və yumşaq dəsmalın köməyi ilə silmək lazımdır. Bu zaman səthi sıxmadan dairəvi hərəkətlərlə təmizləmək lazımdır.

Son olaraq döşəməni tozsoranın köməyi ilə təmizləmək lazımdır.

kayzen.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!