Badımcandan fərqli yeməklər hazırlayaq

Badımcandan fərqli yeməklər hazırlayaq
Faydalı məsləhətlər
10.09.2017 1


İçi doldurulmuş badımcan


6 ədəd badımcanın sapını kəsmədən qabığını soyub, ortasını kəsib yağdaqızardın. Soyuması üçün kənara qoyun. 1 ədəd soğanı, 3-4 dişsarımsağı doğrayıb, az yağda qızardın. 1 xörək qaşığı tomat pastası və istədiyiniz qədər qiymə töküb, qovurun. Duz, qara istiot əlavə edin. Ortası boş badımcanların içərisinə qiymə doldurub, üstünə pomidor dilimi və bibər qoyub, yağ əlavə edib 200 dərəcə isidilmiş sobada bişirin.







Köpoğlu

1 ədəd badımcanı, 1 ədəd pomidoru, 1 ədəd kabaçoku, 1 ədəd kökü, 1 ədəd acı bibəri doğrayın. 1 stəkan duru yağı tavada qızdırıb, doğranmış tərəvəzləri növbə ilə qızardın. Sonra onları böyük qabın içərisində qarışdırın. 4 diş əzilmiş sarımsağı 1 stəkan qatığın içərisinə əlavə edib, qarışdırın. Qatığı tərəvəzlərin üzərinə əlavə edin. Kənarda 2 xörək qaşığı yağı isidib, içərisinə toz halında olan qırmızı bibər tökün. Qatığın üstünə töküb, süfrəyə verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!