Bütün gün özünü yorğun hiss edənlər oxusunlar!

Bütün gün özünü yorğun hiss edənlər oxusunlar!
Faydalı məsləhətlər
10.09.2017 40
Gündəlik işlər, stress, əsəb gün ərzində özümüzü yorğun hiss etməyimizə
səbəb olur. Ancaq bu, alnımıza yazılan qismət deyil. Təbiətin bəxş
etdiyi bir neçə şəfalı bitkidən yararlanaraq insan özünü daim gümrah
hiss edə bilər.



Yoğrunluğu aradan qaldıran vasitələr:



Rozmarin

Rozmarin yorğunluğu aradan qaldıran ən təsirli bitkidir. Orqanizmi
stresin mənfi təsirindən qoruyur. Qan dövranını sürətləndirir. Özünüzü
gümrah hiss etmək üçün gün ərzində mütləq rozmarin yeyin. Rozmarini çiy
halda salatlara əlavə edə bilərsiniz.



Ada çayı

Ada çayı yorğunluğu aradan qaldırmaqla yanaşı sizi bir sıra
xəstəliklərdən də qoruya bilər. Çünki bu bitki maddələr mübadiləsini
sürətləndirməyə və immunitet sistemini gücləndirməyə qadirdir. Həmçinin,
yaddaşı gücləndirib, zəkanı itiləşdirir. Bu isə xüsusilə də, ofis
şəraitində işləyənlərə çox yaxşı təsir edir. Bütün gün kompüter
qarşısında oturanlarda müşahidə edilən zehni yorğunluğun qarşısını alır.



Darçın

Özümüzü yorğun hiss etməyimizin əsas səbəblərindən biri də qanda şəkərin
səviyyəsinin aşağı düşməsidir. Darçın qanda şəkərin səviyyəsini
sabitləşdirir, şirniyyata olan tələbatın və yorğunluğun qarşısını alır.
Həmçinin, maddələr mübadiləsini sürətləndirir, qan dövranını artırır.
Qeyd edək ki, darçının çubuğu daha təsirlidir. Toz halında satılanlar
isə elə də keyfiyyətli hesab edilmir.



Tərə

Bu bitki halsızlığın və yorğunluğun qarşısını alır. Vitaminlərlə zəngin
olan tərə sizə enerji verərək gün ərzində özünüzü inanılmaz dərəcədə
gümrah hiss etməyinizə səbəb olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!