Göz yaşlarsız soğan doğramaq

Göz yaşlarsız soğan doğramaq
Faydalı məsləhətlər
10.09.2017 6
Soğan yeməklərə xüsusi tam verdiyi üçün ən əvəzolunmaz inqrediyentlərdən
biri hesab olunur. Əlbəttə elə olur ki, elə soğan növünə rast
gəlirsiniz ki, onu doğradıqda gözləriniz yaşarmır. Amma çox vaxt
xanımlar acı göz yaşlarını silmək üçün tez-tez mətbəxdən çıxıb gözlərini
soyuq su ilə yuyub təkrar qayıdırlar. Sizə göz yaşları olmadan soğanı
hazırlamaqda bir neçə məsləhət verəcəyik.



Soğanı beş dəqiqə ərzində soyuq suda saxlamaq və bundan sonra kəsməyə
başlamaq lazımdır. Bütün bu proses zamanı bıçağın ülgücünü də həmin
soyuq suda isladmaq lazımdır.

Soğanı suyun altında saxlayaraq kəsmək, sonra isə bir neçə dəqiqəlik
soyuducunun dondurucu kamerasına yerləşdirmək lazımdır. Bundan sonra
soğanı doğrayarkən gözləriniz yaşarmaz.

Əgər siz kontakt linzalardan istifadə edirsinizsə, bu zaman soğan
doğrayarkən onları taxa bilərsiniz. Bir çoxlarının sözünə görə bu
inanılmaz kömək edir.

Sizin bıçağınız yaxşı itilənmiş olmasa soğanın hazırlanması çox çətin olacaq və çox vaxt aparacaq.

Soğanın istifadəsi zamanı keramik bıçaqlardan və ya xüsusi lazerlə
itilənmiş bıçaqlardan istifadə etməyiniz məsləhətdir. Yaxşı bıçaqda
qənaət etməyin, o sizə həm uzun müddət xidmət edəcək, həm də ki,
hazırlama prosesini sürətləndirəcək.

Kiməsə soğan doğrayarkən dodaqlarının arasında sıxılmış çörək tikəsi
kömək edir. Həmçinin çörək tikəsini istifadə etdiyiniz bıçağın ucuna da
batırmaq olar (bu zaman yenə bıçağı soyuq suda isladmalı olacaqsınız).

Aşpazların məsləhətlərinə əsasən göz yaşlarısız soğan doğramaq üçün onu
düzgün doğramaq lazımdır. Soğanın aşağı hissəsini kəsmədən, onu yarı
bölün və bıçağın ülgücünü bir az künc (bucaq) üzrə saxlayaraq yuxarı
hissədən kəsməyə başlayın. Bu halda yanınıza yandırılmış şam qoysanız
daha yaxşı effekt ala bilərsiniz.



Ümumiyyətlə, bu sahədə olan məsləhətlərin çox olmasına baxmayaraq, ümid
edirik ki, siz öz üsulunuzu tapıb bu prosesin öhdəsindən gəlməyi
bacaracaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!