Sarımsaq yağı və sarımsaqdan vitaminli balizamın hazırlanması

Sarımsaq yağı və sarımsaqdan vitaminli balizamın hazırlanması
Faydalı məsləhətlər
10.09.2017 45
Sarımsağ yağı.

Xalq təbabətində sarımsaq yağından geniş istifadə olunur. Bu xeyirli məhsul skleroz, ürək-damar xəstəlikləri, əzələ ağrıları spazmı və beyin damarlarının açılmasında geniş istifadə olunur. Onu aptekdən almaq əvəzinə, evdə özünüz də hazırlaya bilərsiniz. Orta ölçülü 4-5 sarımsağı təmizləyib, sıyıq halına düşənə kimi əzin. Şüşə qaba qoyub, üzərinə 1 stəkan süzülməmiş (təmizlənməmiş) bitki yağı əlavə edib qarışdırın. Yağı soyuducunun aşağı gözündə saxlayın. Bir gün sonra ondan istifadə edə bilərsiniz.



İstifadə qaydası:

1 xörək qaşığı limon şirəsinin üzərinə 1 çay qaşığı sarımsaq yağı töküb, qarışdırın. Və bunu hər gün yeməkdən yarım saat əvvəl qəbul edin. Bir kurs müalicə 1-3 aydır. Sonra 2 ay fasilə verib, yenidən təkrarlamaq olar.



7 dərdin dərmanı balzam

Həyat enerjisini, iş qabiliyyətini yüksəltmək, yaz yorğunluğuna tutulmamaq, xroniki ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ev şəraitində vitaminli balizam hazırlayın:



Resept:

10 baş sarımsağın şirəsini çıxarıb, 1 kq. bal və 10 ədəd limonun şirəsi ilə qarışdırın. Məcunu soyuducuda saxlayın.



Hər gün axşamlar, yeməkdən sonra 1 xörək qaşığı qəbul edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!