Limondan bilmədiyiniz istifadə qaydaları

Limondan bilmədiyiniz istifadə qaydaları
Faydalı məsləhətlər
10.09.2017 16
Limondan sadəcə limonad hazırlamaq və ya salatlara dad qatmaq, ya da soyuqlama zamanı antioksidant kimi istifadə olunmur. 
 




 
Olduqca faydalı olan limonun bilinməyən çox sayda istifadə
qaydası var ki, bir çoxları bundan xəbərsizdir. Beləliklə, limonun
bilmədiyimiz istifadə qaydaları... 



 
 

- Su ləkəsi olan hamam əşyalarını limon sürtərək təmizləyə bilərsiniz. 
 



 
 

- 3 limon, 1 qaşıq vanil və suyu qazanda su qalmayana qədər qaynadın. Bu, evdəki havanı təmizləyəcəkdir. 
 



 
 

- 3-4 limonun qabığını 4-5 bardaq su ilə qaynadın.
Soyuduqdan sonra saç diblərini bu su ilə masaj edin. 10 dəqiqə saxlayıb
durulayın. Həftədə 1 dəfə bu proseduru edin. Bu, kəpək 
 

probleminə qarşı inanılmaz təsirli üsuldur. 
 



 
 

- Əlinizə hopan yemək qoxularını əlinizə limon sürtərək yox edə bilərsiniz. 
 



 
 

- Limonun tərkibindəki turşu qoltuq altındakı qoxuya səbəb
olan bakteriyaları öldürür. Tər qoxusunun qarşısını almaq üçün
qoltuğunuzun altına limon çəkə bilərsiniz. 
 



 
 

- Limon suyunu saçınıza sürtüb 20 dəqiqə günəşdə otursanız, rəngi açılacaq. 
 



 
 

- Paltarlarınızdakı tər ləkələrinə limon suyu çəkib yarım saat gözləyin və yuyun. Tər ləkələri yox olacaq. 
 



 
 

- Tərkibində C vitamini bol olan limon dəriyə də yaxşı təsir
göstərir. Limonu dərinizə və ya əllərinizə çəkərək daha parlaq və daha
ağ bir dəriyə sahib ola bilərsiniz. 
 



 
 

- Paslanan bıçaqları limon suyunda saxlasanız, pas ləkələrini aradan qaldıra bilərsiniz. 
 



 
 

- Dilimlədiyiniz almaları və ya kartofu limon suyu
damladılmış suyun içərisində saxlasanız, qaralmalarının qarşısını ala
bilərsiniz. 
 



 
 

- Limonlu suyu mikrodalğalı sobada 10 dəqiqə qızdırsanız,
bir müddət saxlayıb asanlıqla sobanın içərisindəki ləkələri təmizləyə
bilərsiniz. 
 



 
 

- Həşəratların dişlədikləri yerlərə limon suyu çəksəniz, qaşınma və qızartını aradan qaldıracaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!