Sevdiyiniz insanla küsülüsünüz?Bunu etsəniz, o dərhal sizinlə barışacaq

Sevdiyiniz insanla küsülüsünüz?Bunu etsəniz, o dərhal sizinlə barışacaq
Faydalı məsləhətlər
10.09.2017 31
Sevdiyiniz insan, oğlan dostunuz, yoldaşınızla barışmaq
istəyirsiniz? Bu zaman sizə bir neçə effektiv, tez və gözəl variantlar
təqdim edirik.
 




 

Hətta ən möhkəm və bir-birini sevən cütlüklər vaxtaşırı
dalaşırlar. Psixoloqlar iddia edir ki, dərrakəli dərəcədə edilmiş
dava-dalaş emosional fon yaradır və hətta ailəli cütlüklər üçün faydalı
ola bilər. Lakin bu yalnız coşqun emosiyalardan sonra barışıq olduğu və
evdə yenidən sağlam mühit qurulduğu vaxt ədalətlidir. Əgər siz öz ikinci
yarınızla dalaşmısınızsa və artıq sakitləşib barışmağa hazırsınızsa, bu
zaman aşağıda qeyd olunmuş bəzi məsləhətlər sizin köməyinizə çatacaq.
 

Barışmaq üsulları
 




 

Sevdiyiniz insanla barışmağın ən sadə və əlçatan üsulu, hər
kəsə yaxşı məlum sözlərin deyilməsidir: "Xahiş edirəm məni
bağışlayasan”. Amma nədənsə bu sözləri demək bəzən çox ağır olur. Bu
zaman siz alternativ üsullardan da istifadə edə bilərsiniz. Məsələn,
sevgilinizin telefonuna və ya elektron ünvanına mesaj göndərə
bilərsiniz. Bu halda da yalnız üzrlə məhdudlaşmaq vacib deyil, siz həm
də vəziyyətə uyğun gələn şer və ya ikinizə məlum sitatlardan da istifadə
edə bilərsiniz. Qoy sizin mesajınız partnyorunuzda cavab hissləri
oyatsın və onu dialoqa vadar etsin ki, bu da barışmağın ilk pilləsi
olacaq.
 




 

Əgər siz lazımlı sözlər seçə bilmirsinizsə, bu zaman oğlanla
barışmağa internet texnologiyası kömək edəcək. Siz internetdən bir çox
romantik etiraflar və ya ifadəli şəkillərlə açıqcalar tapa bilərsiniz.
 




 

Sevgilinizlə barışmaq üçün sizə həm də radio mesajlar
köməkçi ola bilər. Əgər siz onun daim hansı radio dalğasına qulaq
asdığını bilirsinizsə, bu zaman həmin radiostansiyaya zəng edib, onun
sevimli mahnısını sifariş edin və sevginizə salam göndərərək səmimi
sözlərlə öz peşmançılığınızı bildirin. Əmin olun ki, bu çox yaxşı
işləyəcək!
 

Həyat yoldaşınızla barışmağın ən "ölümcül” vasitələrdən biri
– romantik şam yeməyidir. Hər hansı nəfis bir qida ilə öz sevgilinizi
təəccübləndirməyə çalışın. Bu halda isə əsas romantik abu-hava
yaratmaqdır. Burada yalnız şamlar deyil, həm də başqa yaradıcı ideyalar
lazım olacaq: mənzilin gözlənilməz yerlərində gizlədilmiş sevgi
etirafları və ya əksinə, ən görünən yerdə quraşdırılmış "Mən səni
sevirəm” yazısı ilə iri plakat.
 




 

Necə barışmağı bilmirsinizsə, bu zaman dalaşmayın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!