Kosmetik vasitələri necə mühafizə etmək lazımdır?

Kosmetik vasitələri necə mühafizə etmək lazımdır?
Faydalı məsləhətlər
10.09.2017 31
Xanımların ən böyük problemlərindən biri də vaxtı keçmiş kosmetik
vasitələrdir. Əksər məhsulların üzərində son istifadə tarixi qeyd
edilsə də, kosmetik vasitələr göstərilən tarixdən daha tez xarab ola
bilir. Bunun da əsas səbəbi onları düzgün mühafizə etməməkdir. Bu isə
həm sağlamlığınıza, həm də cibinizə ziyan vurur.
 



 
Kifayət qədər baha qiymətə aldığınız dodaq boyasını və ya tuşu
atmaq elə də asan deyil. Ancaq fərqinə varmayıb xarab olmuş məhsuldan
istifadə etdikdə dəri müxtəlif kəskin reaksiyalar verir ki, nəticədə
qalıcı problemlərlə üzləşirik.
 



 
Bəs, hansı kosmetik vasitəni necə mühafizə etmək lazımdır?
 



 



 
1.Soyuducuda saxlayın
 
 
Üz və ya bədən üçün nəzərdə tutulan bütün kremləri soyuducuda
saxlayın. Xüsusilə də, isti yay günlərində kremlərinizi otaq şəraitində
saxlamağınız onların tez xarab olması ilə nəticələnə bilər.
 



 
Yumşaq teksturalı, nəmləndirmə xüsusiyyəti olan dodaq boyaları da soyuducuda saxlanmalıdır.
 



 
Bundan əlavə bütün ətirlər soyuducunun alt gözündə mühafizə
edilməlidir. Soyuducuda saxlanılan ətirlər son istifadə tarixinə qədər
təzə qalırlar. Bununla yanaşı, ətri vurduqda onun daha qalıcı olduğunu
müşahidə edəcəksiniz.
 



 
Dodaq, göz və qaş qələmləri də isti havanın təsiri ilə yumşalıb
yararsız hala düşə bilərlər. Bu məhsulları da soyuducuda mühafizə etmək
məsləhətdir.
 



 
2. Su və ya yağ
 
 
Tuşlar düzgün mühafizə edilmədikdə quruyur. Bunun qarşısını almaq
üçün tuşun günəşin altında qalmamasına diqqət edin. Otaq şəraitində
saxlayın. Qurumağa başlayan tuşun içərisinə bir neçə damcı su və ya
gənəgərçək yağı tökərək istifadəyə yararlı hala gətirə bilərsiniz.
 



 
3. Dırnaq boyalarını qurumağa qoymayın!
 
 
Dırnaq boyaları da günəş şüalarından mühafizə edilməlidir. Əgər
dırnaq boyanızın çətin çəkildiyini və qurumağa başladığını hiss
edirsinizsə, içərisinə bir neçə damcı şəffaf lak tökün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!