Saç spreyi yalnız saçlar üçün deyil – Fərqli istifadə qaydaları

Saç spreyi yalnız saçlar üçün deyil – Fərqli istifadə qaydaları
Faydalı məsləhətlər
10.09.2017 31
Saç spreyini sadəcə saçlar üçün deyil, evin fərqli işlərində də istifadə edə bilərsiniz.



Corab süzülmələri: Neylon corablar barmaq qismindən daha çox süzüldüyündən, yeni aldığınız corabın burnuna saç spreyi sıxaraq, daha uzun müddət geyinə bilərsiniz.



Parlaq dırnaq boyaları: Pedikürdən sonra saç spreyini ayaqlarınıza sıxsanız, dırnaq boyası daha parlaq və uzunömürlü olar. Anaca ayağınızda açıq yara varsa, vurmayın.



Şəkilli qaşlar: Saç spreyini bir diş fırçasına sıxıb sonra qaşlarınızı onunla darayıb şəkil verə bilərsiniz.



Rəsmə lak təsiri: Uşaqların istifadə etdiyi rəngli boyalar zamanla solar. Əgər uşağınızın çəkdiyi rəsmi çərçivəyə salıb yadigar saxlamaq istəyirsinizsə, şəklə saç lakı sıxın. Rəngləri uzun müddət canlı qalacaq.



Tül pərdələr: Tül pərdələri təmizlədikdən sonra hər qatın qurumasını gözləyərək, bir neçə qat sprey sıxın. Daha uzun müddət təmiz görünəcək.



Təzə çiçəklər: Həyat yoldaşınızın sizə verdiyi gül buketinin tez solmasını istəmirsinizsə, üzərinə 30 sm uzaqdan saç spreyi sıxın.



Qurudulmuş çiçəklər: Saç spreyini qurutduğunuz çiçəklərin üzərinə sıxsanız, daha parlaq görünəcək və uzun müddət qalacaq.



Dodaq boyası ləkəsi: Geyim, yastıq və ya digər əşyaların üzərinə dodaq boyası batıbsa, ləkənin üstünə saç spreyi sıxıb bir neçə dəqiqə gözlədikdən sonra silin.



Mürəkkəb ləkəsi: Mürəkkəb ləkəsinin üzərinə saç spreyi sıxıb sonra silin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!