Paltaryuyan maşından düzgün istifadə qaydaları

Paltaryuyan maşından düzgün istifadə qaydaları
Faydalı məsləhətlər
10.09.2017 27
Çox vaxt paltaryuyan maşından yanlış istifadə korlanmış paltarlarla yanaşı, paltaryuyan maşının özünə də ciddi ziyan vurur. Buna görə də sizə paltaryuyan maşınlardan düzgün istifadə etmək üçün bəzi məsləhətləri təqdim edirik.



Düzgün yuma üçün məsləhətlər:

Heç vaxt paltaryuyan maşının proqramlarına məhəl qoymayın və ən yaxşısı onun proqramlarının bütün təyinatlarını oxuyub yadda saxlayın. Beləliklə, siz əşyalarınızın lazımsız rənglənməsindən, onların formasının itməsindən və hətta cırılmasından yaxa qurtara bilərsiniz.



Paltaryuyan maşına heç vaxt həddən artıq çox təmizləyici vasitə əlavə etməyin. Məsələn, əgər siz hesab edirsiniz ki, geyiminiz çox çirklidir, bu zaman instinktiv olaraq daha çox yuyucu toz əlavə etmək istəyirsiniz. Buna görə su çox sabunlu olacaq və maşın geyimi yaxşı yaxalaya bilməyəcək. Buna görə yaxşı olar ki, siz geyimlərinizi iki dəfə və normal miqdarda yuyucu tozla yuyasınız.



Heç vaxt paltaryuyan maşınının içərisində nəm paltar saxlamayın. Çox vaxt siz həddindən artıq məşğul olduğunuz üçün yuyulmuş paltarları unudursunuz. Bunun nəticəsində isə maşında qalan nəm paltarlarlar kiflə örtülə və pis qoxu əldə edə bilər.



Paltar yumazdan əvvəl rənglərə görə geyimləri ayırmağı unutmayın. Çalışın paltaryuyan maşına yalnız bir rəngdə olan geyimləri qoyasınız. Həmçinin yeni və rəngli əşyaları (tünd cinsləri, qırmızı və çəhrayı rəngdə olan geyimləri) ilk öncə ayrıca isladıb onların rənginin çıxıb çıxmamasını yoxlayın. Bundan əlavə paltar yuyarkən cibləri də yoxlamağı unutmayın!



Hər zaman paltar yuyan maşının az və işlək vəziyyətdə olmasını və sabitliyini yoxlayın. O işə düşməmiş onun yanından ayrılmayın. Əgər o sıxma vaxtı güclü tərpənərsə, onda bu onun sınmasına və bahalı təmirə gətirib çıxara bilər. Buna görə diqqətli olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!