Zəkanı, yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu

Zəkanı, yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu
Faydalı məsləhətlər
10.09.2017 28
Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq
Tibetin şəhər kənarında manax olmaq və ya şübhəli özünü təkmilləşdirmə
kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma
işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür. 



Yaddaşın, müşahidə qabiliyyətinin, məntiqin və təxəyyül qabiliyyətinin
inkişafı üçün sizə bir neçə faydalı məşq üsulu təqdim edirik. Bu kiçik
məşqləri digər işlərdən ayrılmadan da həyata keçirmək olar.



1. Rober Uden metodu

Məşq üçün məkan: küçə vitrinləri, super-market rəfləri

Rober Uden –məşhur fransız sehrbazı və Harri Qudinin kumiri olmuşdur.
Gənc yaşlarında ikən o, gündəlik olaraq öz müşahidə qabiliyyətini məşq
etdirirdi. Dükanların yanından keçərkən, Rober vitrinə tələsik nəzər
salır, daha sonra üzünü döndərir və bir neçə addım atdıqdan sonra
gördüyü hər bir məhsulun vitrindəki yerini, həm də onun görünüşünü dəqiq
xatırlamağa çalışırdı: rəng, ölçü, forma. Hər gün o, bu tapşırığın
öhdəsindən daha sürətlə gəlirdi. Çox qısa bir müddətə o, elə hazırlıq
səviyyəsinə çatır ki, piştaxtada olan malların xüsusiyyətlərini hətta
qaça-qaça təsvir edə bilir.



2. London cibgirləri metodu

Məşq üçün məkan: harda olsa, klassik variant -Portobello-roud

19-cu əsrdə London və Paris şəhərlərinin küçə dəstələrində, sözün əsl
mənasında quldur məktəbləri fəaliyyət göstərirdi, burada təcrübəli
soyğunçular cavanlara cibgirlik sənətinin incəliklərini öyrədirdi.
«Oliver Tvist» əsərində olduğu kimi, Fedcin timsalında qoca oğru ovcunda
bir neçə gərəksiz əşya tuturdu –məsələn iki düymə, beş pens və bir
nişan üzüyü. "Müəllim” bu əşyaları "tələbələrinə” cəmi bir neçə
saniyəliyə göstərir, sonra onlardan gördükləri hər bir predmeti təsvir
etməyi tələb edirdi, sonra isə o görünməz şəkildə predmetlərdən hər
hansı birini yox edirdi və uşaqlar dərhal hansı əşyanın itdiyini
söyləməli idilər.



3. Canni Rodari metodu

Məşqlər üçün yer: təxəyyül

Özünün «Fantaziya qrammatikası» kitabında Canni Rodari təxəyyülü və
əhvalat uydurmaq qabiliyyətini necə inkişaf etdirmək haqqında danışır.
Tapşırıqlardan biri –gülməli fərziyyələr irəli sürməkdir. «Məsələn
Sisiliyanın düymələri qırılıb açılsaydı, görən nə olardı? Bəs bir gün
qapınızı ilanlar döyüb, sizdən yarpız istəsəydi onda nə baş verərdi?».
Digər tapşırıq isə beyində xüsusi formada təsvirlər canlandırmaqdır.
Məsələn müdir rolunda olan itlər, onların müavini olan pişiklər,
mikro-menecer begemotlar. Bundan əlavə bir sıra beyni inkişaf etdirəcək
oyunlar: bilməcələr, hekayələr düzəltmək, qəzetlərdən çıxarışlar və s
qoşub danışmaq.



4. Ayvazovski metodu

Məşq üçün məkan: pəncərədən, eyvandan və evin damından baxdıqda qarşınızda cilan mənzərə

Əksər rəssamların çox əla göz yaddaşı vardır. Siz də göz yaddaşını
inkişaf etdirə bilərsiniz. Bunu pəncərədən açılan mənzərəni və metro
sərnişinlərini seyr edərək həyata keçirmək mümkündür. Baxışınızı bir
insanın və ya əşyanın üzərinə dikərək bir neçə saniyə ərzində saxlayın.
Obyekti bütün detalları ilə yadda saxlamağa çalışın. Daha sonra gözünüzü
yumaraq onu təsəvvür edin. Sonra isə tədqiqat predmetinə bir daha nəzər
salın, obrazı beyninizdə bir də canlandırın. Məşğələni davam etdirin.
Insanlar cizgilərini və ya yoldan keçənlərin cüssələrini yadda
saxlayaraq onları təsvir etmək, rəsmlərini çəkmək olar, həmçinin
muzeydəki şəkillərə yadda saxlamağa cəhd edin. Ya da kibrit çöpləri ilə
məşq etmək olar, stolun üzərinə 4-6 çöp atın və onların necə düşdüyünü
yadda saxlayın. Məşq etdikcə hər dəfə çöplərin sayını artırın.



5. İtalyan oğlanları metodu

Məşq üçün məkan: növbələr

Uilyam Atkinson yazır ki, belə bir mənzərənin Çikaqoda şahidi olub:
italyan qəzetçiləri, tipoqrafiyanın qarşısında dayanıb, yeni qəzetinin
yeni sayının çıxmasını gözləyərkən "Morra” adlı oyun oynayır. Biri
digərinə öz yumruğunu göstərib, qışqıraraq «Моrrа!» deyir, bu zaman o
barmaqlarının bir neçəsini bükür, digərləri isə açıq qalır. İkinci
oyunçu isə dərhal hansı barmaqlarının açıq qaldığını deməlidir. Əgər
deyə bilmirsə və ya ləngiyirsə -qəzet dəstəsini onun başına çırpırlar.
«Morra» bir növ «Daş-qayçı- kağız» oyununa oxşayır, bu sadə oyunu hələdə
balaca uşaqlar mərc gələrkən istifadə edir.



6. Siseron metodu

Məşq üçün məkan: şəxsi otağın

Otağınız boyu gəzin, qapıdan başlayaraq, hər bir küncə nəzər salın,
Əlbəttə bu məkan onsuz da sizə kifayət qədər yaxşı tanışdır. Indi isə
yadda saxlanması lazım olan şeyləri xəyali olaraq otağın müxtəlif
hissələrində yerləşdirin. Bu sizin alman dilindən əzbərləməli olduğunu
fellər, hazırladığınız təqdimatın statistik göstəriciləri, məruzənin
hesabat hissəsi və s ola bilər. Əgər çətin gəlirsə, onda lazımı sözləri
kağızların üzərində yazıb, onları divarlardan asın və sonra otaq boyu
bir neçə dəfə gəzişin. Bu işə yaramalıdır. Məkan assosiasiyası metodunu
ya Siseronun ya da Simonidin adı ilə bağlayırlar. Birinci onu çıxışlara
hazırlaşarkən istifadə edirmiş, ikinci isə eyni düşünmə tərzini bir az
fərqli və daha kədərli situasiyada istifadə etməli olub. Simonid bir
simpoziumda qonaq idi. Birdən həmin yerin tavanı uçaraq, iştirakçı
qonaqların üstünə düşmüşdü. Yalnız Simonid qalıqların altından sağ
çıxdı. Sonra isə o kimin harada oturduğunu xatırlayaraq, qohumlara
meyitləri tanımağa kömək etməli olmuşdu.



7. Yoqa metodu

Məşq etmək üçün məkan: harada olsa fərqi yoxdur

Özünü inkişaf məsələsində həqiqətən uğura nail olmuş insanlar olan yoqa
ustalarından bəzi elementləri mənimsəmək olar. Diqqətlilik
meditasiyasını isə istənilən bir şəraitdə sınamaq və məşq etmək olar:
velosipeddə yürüş edərkən, duş qəbul edərkən, mühazirədə oturanda, amma
yaxşısı özünlə tək qalanda. Bu metodun mahiyyəti ondan ibarətdir ki,
həyatın hər bir anını dərk edəsən. Öz vücudundan gələn siqnallara qarşı
həssas olasan. Sizin bir kündən digərinə ritmik şəkildə yerişinizi də
meditasiya hesab etmək olar, sadəcə bu vaxt vacibdir ki, sizin
diqqətiniz hərəkətdə cəmlənmiş olsun. Düz xətt üzrə 5-10 addım atın.
Yumşaq hərəkət edin, elə davranın sanki filmdə çəkilirsiniz. Pəncənin
necə qoylumasına, dabanın necə qalxmasına və ağırlığın bir ayaqdan
digərinə necə ötürülməsinə diqqət yetirin. Gün ərzində öz-özünə artıq
sizin üçün vərdiş halını almış və xüsusi zəhmət tələb etməyən işləri
necə yerinə yetirdiyinizi izləyin. Müəyyən vaxt fasilələrindən sonra
hansı formada əyləşdiyinizə diqqət yetirin, məsələn hər dörd saatdan bir
siz hansı pozada olursunuz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!