Sarımsağın iyini yox etmək olar

Sarımsağın iyini yox etmək olar
Faydalı məsləhətlər
10.09.2017 17
Sarımsağı bir çox insanlar xoşlayır. Sarımsaq çox xeyirli məhsuldur, təbii müalicəvi və profilaktik vasitədir.
Sarımsaq iltihabəleyhinə, viris və mikrobəleyhinə, qurdəleyhinə,
antiseptik, xərçəngəleyhinə təsirə malikdir. Son araşdırmalar
nəticəsində məlum oldu ki, sarımsağın qəbulu ürəyin sağlamlığını
qoruyur.
Bu məhsulun yeganə mənfi tərəfi spesifik iydir. Sarımsaq yeyən insanın
ağzından və hətta bədənindən bu iy gəlir. Bunun səbəbi sarımsağın
tərkibində olan xüsusi maddələr  - tiosulfidlərdir. Bu maddələr həzm
sistemində parçalanmır və qana sovrulur. Qan ağ ciyərlərdə karbon
qazından azad olunur və oksigenlə zənginləşir. Buna qaz mübadiləsi
deyilir. Məhz bu qaz mübadiləsi nəticəsində ağızdan sarımsaq iyisi
gəlir. Beləlikə, bu iy, insanların əksəriyyəti fikirləşdiyi kimi,
mədədən deyil, ağ ciyərdən gəlir. Həmçinin iy tərlə və sidiklə ifraz
olunur.
Bir çox insanlar bu xoşagəlməz iyə görə sarımsağı yemir və nəticədə onun
xeyirli xüsusiyyətlərindən faydalanmır. Sarımsaq iyini necə yox etmək
olar?
1. Saqqız kömək etmir.
2. Cəfəri, nanə, reyhan və s. kimi müxtəlif vasitələr də bu iyin qarşısını ala bilmir.
3. Süd və süd məhsulları (qatıq, ayran, kefir) sarımsağın iyini
neytrallaşdıra bilir. Bu səbəbdən sarımsaq yedikdən sonra süd və ya süd
məhsulları qəbul edin. Bu sizi xoşagəlməz iydən xilas edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!