Yatmazdan qabaq dilinizin altına qoyun, yuxudan gümrah durun

Yatmazdan qabaq dilinizin altına qoyun, yuxudan gümrah durun
Faydalı məsləhətlər
10.09.2017 7
Hamı bilir ki, doyunca yatmaq sağlamlıq üçün əsas şərtdir. Amma müasir həyatın ritmi ilə əlaqədar olaraq insanların yuxu saatı azalıb. Halbuki insan axşam 20.00-21.00-dən səhər 6-7-dək yatmalıdır ki, bütün gün aktiv olan bədən itirdiyi enerjini bərpa edə bilsin. Axı, orqanizmin ehtiyat qüvvəsini artırması üçün müəyyən qədər vaxt tələb olunur.



İnsanlar elə düşünürlər ki, bir fincan isti qəhvənin köməyi ilə yorğunluğu aradan qaldıra, güclərini bərpa edə bilərlər. Lakin unudurlar ki, bu, müvəqqəti çıxış yoludur.



Yuxunun keyfiyyətinə bir çox amillər təsir edir. Gün ərzində keçirdiyiniz stress, gərgin iş, məişət problemləri və.s. Təəssüflər olsun ki, insanlar yuxu problemini aradan qaldırmaq üçün çox vaxt çarəni aptekdə axtarır, dərmanlarla yatmağı sonradan vərdişə çevirilər. Halbuki, yuxu problemini aradan qaldırmaq üçün ana təbiət nemətlər hədiyyə edib.

Bu 2 sadə inqrediyentlər yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək.



Lazım olacaq:

5 çay qaşığı bal

1 çay qaşığı dəniz duzu



Onları qarışdırıb şüşə qaba yığın. Yatmazdan qabaq  qarışıqdan bir az dilin altına qoyub tədricən udmağa çalışın.

Himalay duzunun tərkibinə bədəninin bərpası üçün lazım olan  80-dən çox mineral və faydalı elementlər daxildir. Balın tərkibi isə orqanizmi enerji ilə təmin edən qlükoza ilə zəngindir. Himalay duzu və bal serotonin hormonlarını yüksəldir, emosional stress səviyyəsini də aşağı salır. Bu vəsaitin köməyi ilə təbii şəkildə gərginliyi aradan qaldırmaq və yuxunun keyfiyyətini yaxşılaşdırmaq olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!