Diş ağrısını aradan qaldıran təbii vasitələr

Diş ağrısını aradan qaldıran təbii vasitələr
Faydalı məsləhətlər
10.09.2017 28
Diş ağrısı dözülməz həddə çatanda onu bəzən qəbir əzabı ilə müqayisə edirlər. Bu əzabdan yaxa qurtarmaq üçün aptekə qaçmağa ehtiyac yoxdur. Çünki diş ağrısını kəsmək üçün təbii vasitələr daha effektlidir.



Tərkibi:

1 çay qaşığı mixək

1 xörək qaşığı zeytun yağı



Hazırlanması:

Mixək və zeytun yağını həvəngdəstdə döyüb yaxşıca qarışdırın. Daha sonra pambıqlı çubuqla yağı ağrıyan dişin üstünə basın. Bu məqsədlə sadəcə mixək yağından da istifadə edə bilərsiniz, amma zeytun yağı ilə hazırlanan bu resept daha təsirlidir.

Dişə sürtdüyünüz yağ yavaşca diş minasına hopub sinirlərə çatacaq və beləcə ağrını sakitləşdirəcək. Mixək yağı çəkdikdən sonra dişlərdə isti və soyuğa müvəqqəti həssaslıq ola bilər.

Diş ağrısını sakitləşdirmək üçün mixək yağı müvəqqəti çıxış yoludur, ona görə də ən qısa vaxtda çürük dişlərinizi müalicə etdirin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!