Bu vitaminin yoxluğu da dərddir, çoxluğu da

Bu vitaminin yoxluğu da dərddir, çoxluğu da
Faydalı məsləhətlər
10.09.2017 17
K vitamini orqanizm üçün ən vaciblər siyahısındadır.



K vitamini çatışmazlığı

Orqanizmdə K vitamini çatışmazlığı varsa, deməli, həyatınız təhlükədədir. Çünki bu zaman qan həddən artıq durulur və kiçik bir yaralanma böyük qan itkisi ilə nəticələnir. Diş əti qanayır, qadınlarda menstruasiya zamanı qanaxma həddən artıq güclü olur. Həmçinin, həzm sistemi problemləri müşahidə edilir.



K vitamini ehtiva edən qidalar

Əslində, K vitamini, demək olar ki, bütün qidaların tərkbində var. Ancaq miqdarı az olduğu üçün sağlam qidalanmayan, hər gün meyvə və tərəvəz yeməyən insanlarda K vitamini çatışmazlığı müşahidə edilir.



Fındıq, fıstıq, tut, kişmiş, yaşıl noxud, noxud, mərci, kələm, brokkoli, badımcan, qaraciyər, yumurta, qırmızı ət K vitamini ehtiva edən qidalardır.



Ancaq onu da qeyd edək ki, K vitamininin orqanizmdə  çatışmazlığı kimi, çoxluğu da sağlamlıq problemlərinə gətirib çıxarır. Həmin vitamin orqanizmdə tələb olunandan artıq olarsa, damarlarda tıxanıqlıq, bədəndə tərləmə, sinədə ağrı müşahidə edilir. Qaraciyərin fəaliyyəti pisləşir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!