Ev təmizliyini necə etsək, təmizlikdə nələrə diqqət versək düzgün olar?

Ev təmizliyini necə etsək, təmizlikdə nələrə diqqət versək düzgün olar?
Faydalı məsləhətlər
10.09.2017 14
Ev təmizliyini necə etsək, təmizlikdə nələrə diqqət versək düzgün olar?

İndi hər kəsin gündəmində "təmizlik” var. Bu aralar evlərimizdə möhkəm bir "bayram təmizliyi” lazımdı. Elə isə sizə  Bayram ev təmizliyinin əsas məqamlarını təqdim edirik…



Bayrama saylı günlər qaldı. Pərdələr, xalçalar hər şeyi təmizləmək, mətbəxdəki bütün vəsaitləri yuyub bir sözlə evi dərindən yığışdırmaq lazımdır. Evin hər tərəfi möhkəm möhkəmə təmizlənmək üçün qadınları gözləyir. Nə edək nədən başlayaq deyə düşünürsünüz.



Bunu  başlamazdan əvvəl bütün bunların qaydalarına da diqqət etmək lazımdır. Çünki ev təmizliyi, paltar və qab-qacaq qadınların vaxtını çox alır. Həm çox vaxt xərcləyib həm də tam bir təmizlik əldə edilməyəndə bu insanı ruhdan salır. Həmin xanımlar evdə yaxşıca yorulsalar da etdikləri təmizlikdən məmnun ola bilmirlər. Hətta səhv bir təmizləmə əməliyyatı əşyalara zərər də verə bilər. Halbuki qaydalara uyğun təmizliyi etmək üçün əhəmiyyətli "əsas nöqtələri” var. Mütəxəssislər, təmizləmə hərəkətinin planlı, proqramlı olmasının lazım olduğunu izah edir.



Ev təmizliyində  əsas nöqtələr

– Əvvəl görünən çirkləri təmizləyin. Daha ətraflı təmizliyi, mərhələli olaraq reallaşdırın. Tozsoran  ilə toz qaldırmadan hər yeri süpürmək ümumiyyətlə ilk əməliyyatdır. Təmizlik əsnasında istifadə edilən suyun isti olması əhəmiyyətlidir. Sildiyiniz oturacaqları ən sonunda quru və təmiz bir bezlə qurulamağı unutmayın.



– Evdəki yaşanılan mühitin təmizliyi əsnasında qadınların diqqət etməsi lazım gələn əsas məqamlardan biri yuyucu və dezinfeksiya vəsaitlərinin istifadə şəkli gəlir. Hər cür təmizlik maddəsinin hər yerdə istifadə etmək olmaz. Məsələn, geyimlər üçün olan  toz deterjanını  salon döşəməsini təmizləmək üçün istifadə etməyin.



– Kir və mikroblar isti su ilə daha asan gedər. Suyun kafi istilikdə olması əhəmiyyətlidir. Məsələn yağlı çirklər isti su ilə təmizlənir. Ancaq içində yağ həll edicilərin olduğu təmizlik vasitələrini istifadə etmək daha praktik olar.



– Nahamar səthlərdəki çirkləri ovunca daha asan çıxır. Amma bəzi yerləri həddindən artıq ovmaq, ona zərər verər.



– Təmizləmə suyunu tez-tez dəyişdirmək lazımdır. "Kir kiri çıxarar” kimi bir anlayış qətiliklə səhvdir. Əks halda, təmizlənən səthə çıxarılan çirkdən iki mislini əlavə etmiş olursunuz!



– Seçdiyiniz təmizlik məhsulları gözəl qoxulu olmalıdır. Evin təmizliyini qoxu ilə daha çox hiss edərsiniz.



– Təmizləyici maddənin dərinə işləməsi üçün bir az gözləmək lazımdır. Ona görə, istifadə etdiyiniz məhsul sildiyiniz zəmində bir az qalmalı, ondan sonra durulama və ya qurulama etməlisiniz.



-Yataq, yorğan, yastıq, çarşaf və örtük xaricində istifadə edilən parça məhsullarının hamısını maşında uyğun istilikdə yuyun. Ayrıca onlarda mikrobların  tamamilə itməsi üçün ütüləməyi də unutmayın.



– Əl yuyunan tualetlərin, unitaz və duş yerləri sağlamlığımız baxımından ən çox təmizlənməsi lazım olan yerlərdir. Buralar çox əhəmiyyətlidir …



– Xalça və yerlərdə istifadə etdiyiniz  təmizlik bezləri, fırçaları çox təmiz olmalıdır. Təmizlik vəsaitləri çirklidirsə onsuz da biz ətrafı kirlətirik deməkdir. Bir də həssas nöqtələr var. Məsələn yerləri sildiyimiz bir bezlə oturacaqları  silsəniz fərqində olmadan mikrob yayarsınız. Şüursuz təmizlikdə bunu edənlərə çox rast gəlinir ..



– Uzun zamandır təmizlənməmiş, yerlər  çirklər üçün ləkə çıxardan, plastik səth təmizləyici kimi vasitələrdən  kömək alın.



– Mebellərin tozlarını nəmli bezlə silin. Ləkələr varsa, səthi pozmayacaq xüsusi təmizləyicilər ya da tozlardan istifadə edin.



– Qapı qolları ya da nərdivan kənarı kimi çox adamın əlləri dəydiyi səthləri, əvvəl isti su ilə və sonra gigiyenik bir vasitəylə  silin.



– Bütün gün uşaqların onun üzərində oynadığı nəzərə alınsa xalçaların təmizliyi çox əhəmiyyətlidir. Təzyiqli suyla və fırçalanaraq yuyulan xalçaların bazası və birləşmə yerlərinətez  zərər görər tez də köhnələr. Ən yaxşısı "xalça şampunu”-dur.Onun  ilə yuyulan bir xalça quruduqdan sonra tozsoran ilə təmizləndiyində çirk qalmır.



Ancaq xalçanın səthi ilk silmədə təmizlənmiş görünə bilər. Lakin xalça quruduğunda o ləkə yenidən ortaya çıxa bilər. Bu  səbəblə, ləkə çıxartma işi  bir və ya bir neçə dəfə təkrarlansa düzgün olar.



– Mətbəx şkafları  qoruyucu bir səth  ilə örtülmüşdür. Yemək bişirərkən  havada olan nəmli və yağlı zərrəcikləri səthə yapışması,  istərsə yemək hazırlığı zamanı açılan bağlanan şkaf qapaqlarında qalan əl və barmaq izləri pis bir görünüş yaradır. Ətrafa da  xoş olmayan bir qoxu buraxa bilər. O səbəblə təmizlik daha diqqətli edilməlidir.



– Şkafların təmizliyində güclü tozlardan və cızıq buraxan sərt təmizləyici vasitələrdən istifadə etməkdən qaçın. Mətbəx şkaflarını təmizləyəndə yuyucu və yağ qalıqları xüsusi vasitə ilə çıxartmaq lazımdır. Bu vaxt, qabları yumaqda  istifadə edilən bir bezi, şkaf silmək üçün  istifadə etmək  böyük səhv olar.



– Taxta məhsulların ən böyük düşməni rutubətdir. Islanan kimi mümkün olduğu qədər sürətli bir şəkildə qurlayın. Mütləq "taxta qoruyucu” istifadə edin.



– Təmizlik vasitələrinin qapaqlarını  açıq saxlamayın. Xüsusilə toz və bənzəri növdəki tozları  nəmli yerdə tutmamağa çalışın …скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!