Köynək necə ütülənməlidir?

Köynək necə ütülənməlidir?
Faydalı məsləhətlər
10.09.2017 20
Köynəkləri ütüləməyin müəyyən bir üsulu var. Yaxalıq, qollar, cizgilər və kürək hissə. Bu ardıcıllıq köynəyin qırışlarını tez və səliqəli ütüləməyə imkan verir.



Köynəyin yaxalığı

İlk növbədə yaxalığın arxa tərs üzündə ütü hərəkət etdirilir, sonra düz üzünə ütü çəkilir.



Köynəyin qolu

Qol hissəsinin ütülənməsinə manjetdən başlanılır. Manjet yalaxlığı ütüləmə prinsipi ilə ütülənir. Qolun özünə gəldikdə isə iki mərhələdə ütülənir: ütünü kənarlarda hərəkət etdirməklə tikişlər ütülənir. Eyni zamanda fikir vermək lazımdır ki, kənarlar hamar olsun.



Köynəyin cizgiləri

İlk növbədə düyməli kənar cizgilər ütülənir: köynək düz səthin üzərinə qoyulur və ütü aşağı-yuxarı hərəkət etdirilməklə parça hamarlanır. Bu halda düymələr ütülənmir, ciblərdə də qırışıqlıq qalmamalıdır. Eyni zamanda ilgəklərin olduğu cizgilər də ütülənməlidir.



Köynəyin arxa hissəsi

İlk növbədə sağ tikişdən başlanılır, ütünü yuxarıdan aşağı hərəkət etdirilir, sonra sağ arxa tərəf hamarlanır. Davamında köynək açılaraq, bötövlükdə sağ tərəf ütüləndikdən sonra kürək hissənin sol tikişi ütülənir.

Artıq siz kişi köynəyinin əllə düzgün ütülənmə qaydasını bilirsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!