Mikrodalğalı sobanı daha nə üçün istifadə edə bilərsiniz?

Mikrodalğalı sobanı daha nə üçün istifadə edə bilərsiniz?
Faydalı məsləhətlər
10.09.2017 28
1.Soğanın sadəcə baş və kökünü kəsdikdən sonra 30 san. müddətində mikrodalğalı sobada saxlasanız həmin soğanları doğrayanda gözləriniz yaşarmaz.

2. Poçtdan zərfin içərsində aldığınız pulu zərfə zərər vermədən çıxarmaq istəyirsinizsə zərfin üzərinə 1-2 damcı su damızdırıb, 20san.mikrodalğalı sobada saxlayın.

3.Mikrodalğalı sobanın içi kirlənəndə bir kasanın içərisinə su doldurun və bir neçə damcı sirkə əlavə edin 5 dəqiqə mikrodalğalı sobada saxlayın mikrodalğalı sobanın çirkinin asan təmizləndiyini müşahidə edəcəksiniz.

4.Bərkimiş balı mikrodalğalı sobanın maksimum tempraturunun yarısı qədər istilikdə 2 dəqiqə isidin. Bal əvvəlki formasını alacaq

5. Limonları 10-20 san. yüksək tempraturda mikrodalğalı sobanın içərisində saxlasanız daha sulu olmaqla yanaşı asanlıqla sıxa bilərsiniz.

6. Sarımsağı 15 saniyə mikrodalğalı sobada saxlasanız qabığı asan soyular.

7.Qurumuş çörəkləri nəm dəsmala büküb 10-15 saniyə mikrodalğalı sobada isitsəniz çörəklər yumşalacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!