Xalçadakı ləkələri təmizləməyin ən asan üsulu

Xalçadakı ləkələri təmizləməyin ən asan üsulu
Faydalı məsləhətlər
10.09.2017 23
Xalçaların, xüsusilə də bütün ev boyu sərilən xalçaların üzərinə toz, çirk, güvə, kif yığılır.

Uşaq otaqları üçün nəzərdə tutulmuş yuyula bilən, kiçik xalçalar daha praktikdir amma təəssüf ki, evlərdə böyük xalçaları paltaryuyan maşında yumaq mümkün deyil.



Ləkələri təmizləmək üçün nə etmək olar?

Xalça təmizləyən vasitələr, evin atmosferinə toksik qazlar yayırlar, formaldehid, turşu, dezinfeksiya edici vasitələr və süni qoxular kimi. Xalça təmizləmək üçün vasitələrin də qalıqları qala bilər. Və bu zərərli qalıqlar xalçanın üzərində iməkləyən uşaqların əlinə üzünə sürtülə bilər..



Karbonat (soda) və qarğıdalı nişastasını qarışdırın. Karbonat qoxuları yox edir, gənə və bakteriyaları öldürür, qarğıdalı nişastası isə nəmi və yağları çəkir, ləkələrin hopmasına mane olur.



Bu qarışığı xalçanızın hər tərəfinə səpin. 15-20 dəqiqə gözləyin, sonra tozsoran ilə süpürün. Xalçanız tərtəmiz olacaq .



Ya da paltar sabunu qarışdırılmış su ilə silin. Bu həm ənənəvi, həm də sizin sağlamlığınızı qoruyan təmizlik üsuludur. Bundan başqa paltar sabunlu su xalçanızın rənglərinin parıldamağına kömək edəcək.



Xalçaya ləkə düşübsə aşağıdakı tövsiyyələrə əməl etməyiniz kifayətdir:

Ləkə düşən kimi dərhal üzərinə mineral su tökün. Bu ləkəni üzə çıxaracaq ,ləkə təmizlənənə qədər yaxşı silin.



Təmizlənməsə xalça quru olanda ləkəli yerə qarğıdalı nişastası tökün bu dəfə 1 gecə gözləyin, sonra süpürgə ilə təmizləyin.



Yenə təmizlənməsə,aşağıdakı ləkə təmizləyici qarışığı hazırlayın:

Alma sirkəsi- 1/4

Qab yuyan maye – 1ç.q

İlıq su-2st

Qarışdırıb, bu qarışıqla bir bez isladın ,

Ləkəni silin, ləkə bezə keçsə, yenidən başqa təmiz bir bezlə həmin ləkəli hissəni silin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!