Çox az qadının bildiyi mətbəx sirrləri

Çox az qadının bildiyi mətbəx sirrləri
Faydalı məsləhətlər
10.09.2017 59
Səhər yeməyi və ya çay içmək üçün hazırladığınız şirniyyatların daha ləzzətli olmasını istəyirsinizsə, xəmirə əlavə etdiyiniz qabartma tozuna bir az şəkər tozu əlavə edin.



Meyvəli keks bişirərkən meyvələrin keksin dibinə çökməməsi üçün əvvəlcə onları una, yaxud nişastaya bulayıb, bir müddət saxladıqdan sonra keksə qatın.



Kartof püresinin daha dadlı olmasını istəyirsinizsə, içinə az miqdarda kakos (hind qozu) qatın.



Ətin yumşaq olması üçün əti qaynadarkən suyuna limon suyu, ya da sirkə qatın. Ancaq qızardacaqsınızsa, bir gecə sirkəli və maye yağlı sousun içində saxlayın. Sousun içinə təzə göyərtiləri nazik-nazik doğrayaraq əlavə etsəniz ət daha ləzzətli olar. Həmin əti qızardan zaman ətə yağ əlavə etmədən qızardın.



Kartof barmaqlarınızdakı və əlinizdəki qida ləkələrini çıxara bilər; çiy kartofu dilimləyib əlinizdəki ləkələrin üzərinə sürtün və yaxalayın.



Şorba çox duzlu olsa, təşvişə düşməyin. Qaynayan şorbanın içərisinə çiy kartof dilimləri atın. Kartof duzu çəkəcək, daha sonra kartofu şorbanın içərisindən çıxarda bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!